Mobil versiya
Əziz Ələkbərli: “Cənab Prezidentin müsahibəsi dünyaya həmrəylik və əməkdaşlıq çağırışıdır”
Tarix: 25-06-2024 | Saat: 11:06
Bölmə:Manşet / Siyasət / Seçilənlər-9 | çapa göndər

Əziz Ələkbərli: “Cənab Prezidentin müsahibəsi dünyaya həmrəylik və əməkdaşlıq çağırışıdır”
"Ölkə başçısı cənab İlham Əliyevin əməli addımları, dünyanın nüfuzlu telekanallarına müsahibələrində Azərbaycanla bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə onların başa düşəcəyi dildə çox böyük qətiyyətlə çatdırması əlbəttə ki, qlobal auditoriyanın diqqətindən kənarda qalmır.Cənab Prezidentin verdiyi hər müsahibə və açıqlama ölkəmizin uğurlu inkişafından, dünya birliyinə inteqrasiyanın Azərbaycan modelindən xəbər verir. Cənab İlham Əliyevin cari ilin 21 iyun tarixində “Euronews”a verdiyi müsahibəsi də bu qəbildəndir .Prezident İlham Əliyev hər zaman olduğu kimi, bu dəfə də “Euronews” televiziya kanalı vasitəsilə Avropanın siyasi dairələrinə, eləcə də Avropa ictimaiyyətinə çox səlis və düzgün formada bugünkü Azərbaycanın və bütövlükdə regionun reallığını əks etdirən mövqeyini ortaya qoydu.”

Bu sözləri mətbuata açıqlamasında millət vəkili, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli demişdir.

Millət vəkili qeyd etmişdir ki, “ölkəmiz neft və qaz ehtiyatları ilə zəngin olmasına baxmayaraq, bərpa olunan enerji sektorunun inkişafına xüsusi diqqət yetirilir, yaxın gələcəkdə Azərbaycanın yaşıl və hidrogen enerjisinin ixracatçısına çevrilməsi reallaşacaqdır. Bu sahədə atılan addımlar kifayət qədər rasionaldır. Qarabağda və Şərqi Zəngəzurda 2021-2023-cü illər ərzində 170 meqavat gücündə hidroelektrik stansiyalar istifadəyə verilib. 2024-cü ilin sonuna qədər bu rəqəm 270 meqavata çatacaq. Bir neçə ildən sonra erməni işğalından azad edilmiş ərazilərdə hidroelektrik stansiyaların ümumi gücü 500 meqavat təşkil edəcək. Azərbaycanda enerji təhlükəsizliyinə gedən yolun başlanğıcında yaxşı sərmayə mühiti yaradılıb və hətta ixrac marşrutlarına malik olmadan neft-qaz sahəsinə çoxmilyardlı investisiyalar cəlb etməyə nail olunub. Azərbaycanda investisiya mühitinin müsbətlik əmsalının yüksək olması, xarici və yerli investisiyaların lazımınca qorunması ölkə rəhbərinin diqqət mərkəzindədir. Ölkəmizə qoyulan sərmayələrin əksəriyyəti neft və qaz sektoruna yönəlsə də artıq digər istiqamətə də investisiyalar yatırılmaqdadır. Xüsusən “Masdar” şirkəti ilə səmərəli əməkdaşlıq strateji tərəfdaşlığa çevrilmişdir. “ACWA Power” və BP ilə əmkdaşlıq kifayət qədər müsbət xarakterizə olunur.”
Müsahibimiz qeyd edib ki, “ölkə başçısının müsahibısində bir məsələ diqqəti çəkir. Belə ki cənab Prezident qeyd edib ki, biz ilk növbədə istehsal edilən enerjini qəbul etmək iqtidarında olmalıyıq. Bunun üçün də milli enerji şəbəkəsi gücləndirilməli, enerjinin ixracı üçün bütün tədbirlər həıyata keçirilməlidir. Bu çox böyük bir layihənin reallaşmasından xəbər verməklə yanaşı, Azərbaycan qazının Avropaya nəqli imkanlarını da genişləndirəcəkdir. Həm də ölkəmizdə bərpaolunan enerjidən səmərəli istifadə imkanları artacaqdır. Bunun üçün də qonşu dövlətlərlə daha səmərəli əmkdaşlıq tələb olunur. Göründüyü kimi, dövlətimizin başçısı proseslərin sülh və əmkdaşlıq çərçivəsində həyata keçirilməsini hədəfləyir. “Yaşıl enerji” həm də sülhə və regional təhlükəsizliyə xidmət etməldir.”
Əziz Ələkbərli Prezident İlham Əliyevin müsahibəsində bir sıra önəmli məqamların yer aldığını vurğulayaraq deyib: “Ölkəmizin enerji sektorunda qlobal liderliyi birmənalı olaraq qəbul edilmişdir. Bu cənab Prezidentin uzun müddət üzərində işlədiyi konsepsiyanın uğuru deməkdir. 1994-cü ildə ilk dəfə Xəzər Neft və Qaz Sərgisi və Konfransı kimi fəaliyyətə başlamış, sonra özündə fərqli sektorları əhatə edən Bakı Enerji Həftəsi adını almış tədbir indi dünyanın diqqətini cəlb edir. Nəticə isə göz qabağındadır:ölkəmiz hər istiqamətdə - neft, təbii qaz və indi isə yaşıl enerji sahələrində uğurlara imza ata bilmişdir. Bu günün əsas mövzusu olan COP29-a hazırlıq məsələsinə toxunan ölkə başçısı ev sahibi kimi Azərbaycanın üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edərək əsas məqsədin həmrəylik və birliyin yaradılması olduğunu bildirmişdir. Bu birlik və həmrəylik isə ilk növbədə dünyamızın qorunmasına xidmət edəcəkdir. Bu cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin onurğa sütunudur. Bu siyasət Azərbaycan reallığının dünyaya əməli fəaliyyətlə çatdırılması siyasətidir ki, mahiyyətində sülh, əməkdaşlıq, həmrəylik və dünyanın qorunması durur.”



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-12-2024