Eltun Süleymanov: “Ölkəmiz “yaşıl artım” ölkəsinə və “yaşıl enerji” məkanlarına transformasiya olunur”
Tarix: 22-06-2024 | Saat: 17:14
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-7 | çapa göndər
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycanın “yaşıl artım” ölkəsinə və “yaşıl enerji” məkanlarına transformasiyasının ideoloqu və ən güclü dəstəkçisidir. Dövlət başçısının “yaşıl enerji” kursunun Azərbaycanın enerji ölkəsi kimi inkişafında müasir qlobal trendlərə uyğun yeni səhifə açıb. Ölkəmizin başçısının cari ilin 21 iyun tarixində “Euronews”a verdiyi müsahibəsində toxunduğu məslələr bir daha göstərmişdir ki, bu siyasə\t ardıcıl və davamlı olaraq həyata keçirilməkdədir. Ona görə də Azərbaycan nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedicidir. Azərbaycanın bərpaolunan enerji sahəsində strateji tərəfdaşı olan “Masdar” şirkəti ilə birlikdə inşa edilən 230 meqavatlıq ilk Günəş enerjisi stansiyasının açılışı bunu bir daha aydın şəkildə göstərdi. Perspektivdə 10 qiqavata və 2030-cu ilədək 5 qiqavata qədər gücü əhatə edən bütün müqavilələr və anlaşma memorandumları icra olunacaqdır.”
Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.
Eltun Süleymanov qeyd edib ki, “dövlətimizin başçısı cənab İlham Əliyevin müsahibəsindən göründüyü kimi ölkəmizdə yaxşı sərmayə mühiti var. Ölkə ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəldir. COP29-a ev sahibliyi edəcək ölkə kimi yaşıl enerjiyə keçid prosesində öndə gedənlərdən olmaq bizim üzərimizə düşən öhdəlikdir. Son 30 il ərzində bizim çoxmilyardlı investisiya portfoliomuz olub. Azərbaycana ümumi investisiyalar 300 milyard ABŞ dollarından çox olub və bunun təqribən 200 milyard ABŞ dolları qeyri-neft sektorunun payına düşür. Hazırda ölkəmizin özünə planlaşdırdığı qədər bərpaolunan enerji lazım deyil və bu səbəbdən hədəfimiz ixracdır. Bu da gələcəkdə Azərbaycanın ən böyük yaşıl enerji ixracatsını çevrilməsini göstərir. Cənab Prezident eyni zamanda qeyd etmişdir kİ, “Bərpaolunan enerjidən istifadəyə olduqca düşünülmüş yanaşma tətbiq edilməlidir ki, elektrik enerjisi maksimum istehsal olunsun və təbii qaza qənaət edilsin ki, o, əsasən indi Avropaya lazım olan qaydada nəql olunsun.”
Müsahibimiz bildirib ki, artıq ənənə halını almış Xəzər Neft və Qaz Sərgisi və Konfransının təşkilatçısı olan ölkəmiz tədricənb bərpaolunan enerji sahəsində işə başladı və tədbir fərqli sektorları əhatə edən Bakı Enerji Həftəsinə çevrildi. Qısa müddət ərzində bir ölkədə hər istiqamətdə - neft, təbii qaz və indi isə yaşıl enerji sahələrində uğurlara imza atılması dünyanın diqqətini Azərbaycana çevirməyə müvəffəq oldu. Eyni zamanda qlobal iqlim dəyişikliyinə reaksiya verən Azərbaycan – bu il COP29-a ev sahibliyi edəcək. Ev sahibliyi edən ölkə kimi Azərbaycanın əsas məqsədlərindən biri birliyi və həmrəyliyi yaratmaqdır. Ölkəmizin başçısı demişdir :”Azərbaycan COP zamanı və ondan sonra sədrliyimiz davam edəcəyi dövrdə elə müsbət mühit qurmaq istəyir ki, ölkələr və şirkətlər bir-biri ilə istəklə işləsin və qarşılıqlı iddiaları kənara qoysunlar, planetin qorunması ilə əlaqədar əsas gündəliyə diqqət yetirsinlər.” Energetika sektorunda aparılan siyasət, görülən işlər və qazanılan uğurlar xalqımızın ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf kursuna sədaqətlə xidmət edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin adı ilə bağlıdır.”
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər