Mobil versiya
Aqiyə Naxçıvanlı: “Azərbaycan-Misir münasibətləri yeni səviyyəyə yüksəlir”
Tarix: 10-06-2024 | Saat: 09:55
Bölmə:Manşet / Siyasət / Seçilənlər-3 | çapa göndər

Aqiyə Naxçıvanlı: “Azərbaycan-Misir münasibətləri yeni səviyyəyə yüksəlir”

“Müsəlman ölkələri ilə münasibətlərin möhkəmləndirilməsi və dərinləşdirilməsi Azərbaycanın xarici siyasətində hər zaman xüsusi diqqət mərkəzində saxlanılan məsələlərdən olub. Bu məqsədlə dövlətimiz İslam həmrəyliyi prinsipini daim rəhbər tutaraq ərəb ölkələri ilə həm ikitərəfli, həm də İslam Əməkdaşlıq Təşkilatı, Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı inkişaf etdirir. Ölkə Prezidenti cənab İlham Əliyevin iyun ayının 7-də Misir Ərəb Respublikasına rəsmi səfəri də ölkələrimiz arasında əlaqələrin inkişafına böyük töhfə olacaq. Səfər çərçivəsində dövlət başçılarının keçirdikləri təkbətək və geniş tərkibdə görüşlər zamanı bir çox vacib məsələlər müzakirə olunmuş, Orta Şərq və Cənubi Qafqaz regionlarında gedən proseslər barədə fikir mübadiləsi aparılmışdır.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyevin Fələstin-İsrail münaqişəsinin nizamlanması istiqamətində səsləndirdiyi fikirlər bir daha ölkəmizin ədalətli və prinsipial mövqeyini nümayiş etdirib: “İyunun 8-də Qahirədə mətbuata bəyanatla etdiyi çıxışında cənab Prezident İlham Əliyev bu gün bütün Ərəb dünyasını narahat edən məsələlər barədə dəyərli fikirlər səsləndirmişdir. O cümlədən Fələstin-İsrail münasibətlərinin tənzimlənməsi ilə bağlı Azərbaycanın birmənalı mövqeyini vurğulayan dövlət başçımız bildirmişdir ki, müstəqil Fələstin Dövləti qurulmalıdır, Şərqi Qüds onun paytaxtı olmalıdır. Qeyd olunmalıdır ki, bu məsələ ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi dövründə də hər zaman diqqət mərkəzində olub, mövzu ilə bağlı bir çox tədbirlər keçirilib. Cənab Prezident həmçinin bildirdi ki, bu gün Qəzzada yaşanan faciənin tezliklə dayandırılması və bütün məsələlərin danışıqlar yolu ilə həll olunması istiqamətində Misirin göstərdiyi səylər Azərbaycan tərəfindən dəstəklənir və bu təşəbbüslər mütləq diqqətə alınmalıdır. Öz çıxışında dövlət başçımız Azərbaycan-Ermənistan münasibətlərinə da toxunaraq bir daha bildirmişdir ki, hazırda iki ölkə öz dövlət sərhədlərini müəyyənləşdirmək işində müəyyən uğurlara nail olublar. Azərbaycanın Qazax rayonunun otuz ildən çox müddət ərzində işğal altında olmuş dörd kəndi danışıqlar yolu ilə ölkəmizə geri qaytarılmışdır və bu, əlbəttə ki, çox müsbət haldır. Hazırda danışıqlar prosesində irəliləyiş üçün yaxşı imkanlar var və Azərbaycan bu danışıqları aparmağa hazırdır. Cənab Prezident İlham Əliyev bir daha diqqətə çatdırdı ki, Azərbaycanın keçən ilin sentyabr ayında öz dövlət suverenliyini və ərazi bütövlüyünü tam bərpa etməsi Ermənistan ilə münasibətlərin normallaşdırılması yolunda önəmli amil olacaqdır” – deyə, Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-07-2024