Mobil versiya
Novruzəli Aslanov: “Azərbaycanın təşəbbüsü Türk birliyinin daha da güclənməsinə xidmət edir”
Tarix: 08-06-2024 | Saat: 11:12
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-5 | çapa göndər

Novruzəli Aslanov: “Azərbaycanın təşəbbüsü Türk birliyinin daha da güclənməsinə xidmət edir”

“Zəngəzur dəhlizinin bərpa olunması Türk dünyasının coğrafi baxımdan birləşməsi olacağı kimi, bu gün işğaldan azad edilmiş Azərbaycan əraziləri də bütün türkdilli ölkələrin mənəvi birliyinin, həmrəyliyinin təcəssümü kimi çıxış edir. Son dörd ildə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin liderlərinin, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan prezidentlərinin Şuşaya, Ağdama, Füzuliyə etdikləri səfərlər bu birliyin möhkəmlənməsinə misilsiz töhfələr verir. Azad edilmiş torpaqlarda qardaş ölkələrin təşəbbüsü və maliyyə dəstəyi ilə artıq bir məktəb və bir incəsənət mərkəzi fəaliyyətə başlamışdır. Bu müəssisələr Özbəkistan və Qazaxıstan tərəfindən inşa edilib. Bir məktəbin təməli isə bu yaxınlarda Qırğızıstan Prezidentinin iştirakı ilə Ağdam rayonunda qoyulub. Cəbrayıl rayonundakı daha bir məntəqədə isə Macarıstanın maliyyə dəstəyi ilə bir məktəb inşa ediləcək. Bütün bunlar azad edilmiş torpaqlarda Türk dünyasının birliyini əyani təcəssümüdür. Xüsusi olaraq qeyd edilməlidir ki, azad edilmiş ərazilərdə bu gün geniş yol-nəqliyyat infrastrukturu yaradılır ki, bu nəhəng layihələrin icrasında Türkiyədən olan şirkətlər fəal iştirak edirlər. Bütün bu vacib məqamlar Ölkə Prezidenti cənab İlham Əliyevin iyun ayının 6-da TÜRKPA-nın növbəti plenar iclasının iştirakçılarının qəbulu zamanı etdiyi çıxışında öz əksiuni tapmışdır.”

Bu fikirləri aia.az-a açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov səsləndirib.

Daha sonra deputat Azərbaycanın təşəbbüslərinin hər zaman üzv olduğu beynəlxalq təsisatların bütün iştirakçılarının maraqlaına xidmət etdiyini vurğulayıb: “TÜRKPA-nın plenar iclasları Türk dünyasının birliyinin təzahürüdür. Dövlət başçımız öz çıxışında xüsusi olaraq vurğuladı ki, Türk dünyasının birləşməsi, mövcud potensialların vahid məqsədlərə yönləndirilməsi ölkələrimizin müasir dünyada öz layiqli yerlərini tutmaqlarının yeganə yoludur. Azərbaycanın xarici siyasətinin prioritetlərinin müəyyən edilməsi zamanı Türk dünyasının gücləndirilməsi, Türk dövlətləri ilə əlaqələrimiz prioritet istiqamət kimi müəyyən olunub. Bu siyasətin ana xətti dövlət başçımızın səsləndirdiyi “Bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur”, fikrində özünü aşkar şəkildə göstərir. Cənab Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının ildə bir dəfə keçirilən Zirvə görüşlərinin kifayət etmədiyini bildirdi. Buna görə də Azərbaycanın təşəbbüsü ilə bir aydan sonra Şuşada qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. Heç şübhəsiz Şuşada təşkil olunacaq qeyri-rəsmi Zirvə görüşü Türk birliyinin dünya miqyasında böyük bir gücə çevrilməsi istiqamətində atılmış növbəti mühüm addım olacaq” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-11-2024