Eltun Süleymanov: “ Cənab Prezident İlham Əliyevin arzuladığı gün”
Tarix: 29-05-2024 | Saat: 13:20
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-9 | çapa göndər
“Bu gün hər kəs müharibədən sonra Qarabağda və Şərqi Zəngəzurda başlayan quruculuq işlərini böyük ruh yüksəkliyi, gözəl əhval-ruhiyyə ilə izləyir. Dövlət bütün imkanlarını işğaldan azad olunmuş torpaqlarımızda həyatın canlanmasına, qaçqınların tezliklə öz el-obalarına qayıtmasına səfərbər edib. Qısa zaman içərisində inanılmaz işlər görülüb. Yollar, elektrik xətləri, su xətləri, dəmir yolları çəkilir, hava limanları tikilir. İşğaldan azad edilən ərazilərdə “Yaşıl enerji” zonasının tətbiq edilməsinə dair konsepsiya da uğurla həyata keçirilir. Qarabağ və Şərqi Zəngəzurda su, Günəş, külək enerjisindən istifadə edilməsi üçün lazımi şərait olduğundan alternativ və bərpaolunan enerji mənbələrindən istifadəyə xüsusi önəm verilir. II Qarabağ müharibəsində əldə edilmiş böyük zəfərdən sonra yaranmış yeni reallıqlara uyğun addım atan dövlətimizin başçısı işğaldan azad edilən torpaqlarımız¬da gerçəkləşdirdiyi yeni layihələr isə Azərbaycanın geosiyasi və geoitqisadi imkanlarının getdikcə daha da yüksəlməsini təmin edir.
Bütün bunlar Prezident İlham Əliyevin göstərişi ilə başlanmış işlərin müəyyən bir hissəsidir və iqtisadi inkişaf planları işğaldan azad olunmuş bütün rayonları əhatə edir. Sadəcə, burada Prezidentin dəfələrlə vurğuladığı bir məqam- zamanla yarış məsələsi var. Üstəgəl, zaman faktorundan başqa, erməni cəlladlarının torpaqlarımızda basdırdıqları minalar da Azərbaycanın Qarabağın yenidən qurulması işlərinə əngəl yaradan, ləngidən amil kimi çıxış edir.”
Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.
Müsahibimiz bildirib ki, “bu bərpa-quruculuq prosesinin gedişində Qarabağ sakinlərinin öz doğma yurd-yuvalarına qayıdışı da paralel olaraq həyata keçirilir. Prosesə birbaşa nəzarət edən ölkə başçısı daim qarabağlıların yanındadır, onlarla birlikdə bu sevincli anları yaşayır, bütün problemlərin həlli üçün lazımi göstərişlər verir. Belə tədbirlərdən biri də Xocalıda gerçəkləşmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva mayın 28-də Xocalı şəhərinə köçən sakinlərlə görüşüblər. Görüşdə sakinlərlə söhbət edən cənab İlham Əliyev bildirib ki, qayıdış proqramı davam edir və davam edəcəkdir: “Əlbəttə ki, bu qayıdışın Müstəqillik Gününə təsadüf etməsi təsadüfi deyil. Çünki bildiyiniz kimi, keçən il Müstəqillik Günündə mən Laçın şəhərində laçınlılara evlərinin açarlarını təqdim etmişdim. İki il bundan əvvəl Müstəqillik Günü ərəfəsində - mayın 27-də Ağalı sakinləri ilə görüşmüşdüm. Onlar da məhz o gündə köçmüşdülər. Bu gün isə xocalılılar qayıdırlar. Bu, gözəl tarixi hadisədir. Xocalı da gördüyünüz kimi, gözəlləşir, yenidən qurulur.”
Xocalı qətliamından sonra erməni separatçılarının qanunazidd əməllərindən danışan ölkə başçısı qeyd etmişdir ki, “Xocalı qədim Azərbaycan torpağıdır. Mənfur düşmən soyqırımı törədəndən sonra burada qanunsuz məskunlaşma da aparmışdır. Bu da hərbi cinayət sayılır. Xocalının adını da dəyişdirməyə, bir hərbi cinayətkarın adına rəsmiləşdirməyə çalışırdılar. “
II Qarabağ müharibəsində və antiterror əməliyyatında qəhrəmanlıq göstərib şəhid olan igid oğullarımıza Allahdan rəhmət diləyən ölkə başçısı “Onlar sinələrini qabağa verərək düşmənə elə bir sarsıdıcı zərbə endirmişlər ki, əminəm, bundan sonra Ermənistan heç vaxt Azərbaycana qarşı hər hansı bir hərbi təxribat törətməyə cəhd etməyəcək.”-deyə bildirmişdir.
Bu günün özəl bir gün olduğunu qeyd edən cənab İlham Əliyev xocalılarla bir yerdə olmaqdan, onların sevincini bölüşməkdən məmnunluğunu ifadə edərək dedi: “Həm abad, gözəl evlər, istirahət zonaları. O qədər gözəl təbiəti var ki, burada yaşamaq, yaratmaq hər bir insana xüsusi zövq verəcək. Siz də buna layiqsiniz. Siz otuz ildən çox müxtəlif yerlərdə yaşamısınız - kimi yataqxanada, kimi uşaq bağçasında, kimi qohumların evində, kimi də qəsəbədə. Bilirsiniz, mən işğal dövründə xocalılılarla dəfələrlə görüşmüşdüm, - Bakıda və digər yerlərdə qəsəbə salınmışdır, - deyirdim ki, gün gələcək sizinlə Xocalıda görüşəcəyik. Bax, bu gün də gəldi. Sizi təbrik edirəm. Sizə cansağlığı arzulayıram.”
Eltun Süleymanov qeyd edib ki, “Xocalıda inşa edilən “AzeRobot Education” robototexnika tədris mərkəzinin Xocalıdakı filialında, “Sariban” peşə inkişaf mərkəzinin filialında yaradılan şəraitlə tanış olan cənab İlham Əliyevə şəhərin baş planı haqqında məlumat verilmişdir.
Qyed edilənlər göstərir ki, müharibədə qalib gələn Müzəffər Ali Baş Komandan bu gün bu torpaqlara həyat qaytarır. Müasir və abad şəhərlərlə, “ağıllı kənd”lərlə müşayiət olunan proses sürətlə davam edir.”
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
27-11-2024