Mobil versiya
Aqiyə Naxçıvanlı: “İqlim dəyişikliyi ilə bağlı fəsadların aradan qaldırılmasına Azərbaycanın yanaşması konstruktivdir”
Tarix: 25-05-2024 | Saat: 10:16
Bölmə:Manşet / Siyasət / Seçilənlər-3 | çapa göndər

Aqiyə Naxçıvanlı: “İqlim dəyişikliyi ilə bağlı fəsadların aradan qaldırılmasına Azərbaycanın yanaşması  konstruktivdir”

“Məlum olduğu kimi, cari ilin aprel ayının 26-da Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Almaniyanın Federal Kansleri Olaf Şoltsun dəvətilə iştirak edib. Həmin gün “Euronews” telekanalına verdiyi müsahibəsində dövlət başçımız Avropa ictimaiyyətini maraqlandıran bir sıra məsələlərlə bağlı ətraflı açıqlamalar vermişdir. İlk növbədə cənab Prezident bu il ölkəmizdə keçiriləcək COP29-un gedişində bütün tərəflərin özlərini rahat hiss edəcəyi bir mühit yaradılacağını diqqətə çatdırdı. Bunun üçün Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə bu təşkilatda ölkələr arasında körpü rolunu oynamaq təcrübəsi əlbəttə ki, böyük əhəmiyyət kəsb edir. Azərbaycan həm də Avropa İttifaqına üzv olan ölkələrlə fəal işləyir. Bütün bunlar COP29-un hədəflərinə çatmaq üçün unikal imkanlar yaradır. Əminliklə demək olar ki, Azərbaycan bu imkanları maksimum reallaşdırmaq üçün əlindən gələni edəcək.”

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.

Deputat bildirib ki, qazıntı yanacağı hasil edən ölkələrin dəyişikliklərin edilməsi və keçid prosesində aparıcı rola malik olmaları barədə Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər bütün dünya ictimaiyyətinin bu məsələyə baxışını dəyişə bilər: “Öz müsahibəsində cənab Prezident bir daha bildirdi ki, qazıntı yanacağı hasil edən ölkələri mühakimə etmək lazım deyi. Həmin ölkələri öz sərvətlərindən necə istifadə etdiklərinə görə mühakimə etmək lazımdır. Azərbaycan həm də OPEC+ təşkilatına üzv ölkədir və COP-dan əvvəl daha çox maliyyələşməni təmin etmək üçün neft hasil edən ölkələrin hansı əlavə töhfələri ola bilər kimi həmrəylik paketini yaratmaq üçün çalışmalar aparır. Dövlət başçısı bildirdi ki, neft hasil edən ölkələr, xüsusilə neftin qiyməti yüksək olanda problemin öhdəsindən gəlmək üçün daha çox ödəniş etməli və daha çox töhfə verməlidir. Əlbəttə ki, bu yanaşma iqlim dəyişikliyinin fəsadlarının aradan qaldırılması baxımından çox məqsədəuyğundur. Bununla qazıntı yanacağına malik olmayan ölkələrlə bu sərvətlərə sahib olan ölkələr arasında mövcud olan fikir ayrılıqlarını bir qədər səngitmək, münasibətlərdə gərginliyi xeyli aşağı salmaq olar” – deyə, Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-11-2024