Aqiyə Naxçıvanlı: “Şuşaya ilk qayıdışın Ulu Öndərimizin doğum gününə təsadüf etməsi böyük rəmzi məna daşıyır”
Tarix: 11-05-2024 | Saat: 15:07
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-3 | çapa göndər
“Azərbaycanın 2020-ci ildə torpaqlarının işğalına son qoyması, bunun ardınca özünün ərazi bütövlüyünü və bütün ərazisində tam suverenliyini bərpa etməsi sözsüz ki, ötən dörd ildə cərəyan edən hadisələrin ən önəmli kulminasiya nöqtələri kimi qeyd olunmalıdır. Dörd il bundan öncə Azərbaycan 30 il həllini gözləyən münaqişəni cəmi 44 günə həll etdi. 2020-ci ilin 27 sentyabr tarixində başlamış Vətən müharibəsinin gedişində, noyabr ayının 8-də Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu Şuşanı azad etməklə bütövlükdə qondarma “Dağlıq Qarabağ” münaqişəsinin birdəfəlik həllini təmin etdi. Qeyd etmək lazımdır ki, 2003-cü ildən həmin tarixi günə qədər ötən bütün dövr ərzində ərazi bütövlüyümüzün bərpa olunması Ölkə Prezidenti cənab İlham Əliyevin dövlət siyasətinin mütləq prioriteti olmuşdur. Həmin illərdə atılmış hər bir addım və qəbul olunmuş hər bir qərar doğma Azərbaycan torpaqlarının işğaldan azad olunmasına xidmət edib. Şuşanın işğaldan azad edilməsi bir tərəfdən hərbi əməliyyatların gedişinə təsiri nəzərə alınaraq strateji baxımdan, digər tərəfdən isə daşıdığı mənəvi dəyərlər baxımından müstəsna əhəmiyyət kəsb edib. Vətən müharibəsinin davam etdiyi dövrdə cənab Prezident İlham Əliyev dünyanın aparıcı media qurumlarına verdiyi çoxsaylı müsahibələrin birində bildirmişdi ki, Şuşasız bizim işimiz yarımçıq qalacaq və məhz bundan sonra hər kəs anladı ki, Şuşa azad olunmadan Azərbaycan hərbi əməliyyatları dayandırmayacaq.”
Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.
Fikirlərini davam etdirən deputat xüsusi olaraq qeyd edib ki, Azərbaycan heç zaman müharibə istəməyib və 2003-2020-ci illər ərzində Prezident İlham Əliyevin bütün səyləri də məhz torpaqlarımızın sülh yolu ilə işğaldan azad edilməsinə yönəlmiş olub: “Bu gün biz bir mənalı olaraq deyə bilərik ki, bu münaqişənin həlli üçün vasitəçilik missiyasını öz üzərinə götürmüş beynəlxalq təşkilatlar işğal altında olan torpaqlarımızın geri qaytarılması barədə ciddi düşünməyiblər. Məqsəd yalnız bu olub ki, münaqişə dondurulsun, Azərbaycan hərbi əməliyyatlara başlamasın. Əslində Azərbaycan heç zaman müharibə tərəfdarı olmayıb. Uzun illər cənab Prezident çalışırdı ki, bu məsələ danışıqlar yolu ilə həll olunsun. Dövlət başçımız bu məqsədlə yüzlərlə görüşlər keçirmiş, danışıqlar aparmışdır. Amma heç bir nəticə olmamışdır. Çünki Ermənistan bizim torpaqlarımızı əbədi işğal altında saxlamaq istəyirdi. Onların arxasında duran, guya ki, vasitəçilik edən ölkələr isə bu işğalı əbədi etmək istəyirdilər. 30 il ərzində dünya birliyi, beynəlxalq təşkilatlar münaqişənin sülh yolu ilə həlli, Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində bircə real addım belə atmadılar. Həm işğalçıya, həm də işğala məruz qalmış tərəfə eyni münasibət bəslənildi və beynəlxalq qətnamələr kağız üzərində qaldı. Ermənistanın aramsız davam edən təxribatçı addımları, bəyanatları, hərəkətləri müharibəni qaçılmaz etdi və II Qarabağ savaşının başlanması tarixi zərurətə çevrildi. Azərbaycan son anadək münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün bütün imkanları sınadı. Bu, əlbəttə ki, dövlətimizin və ilk növbədə Azərbaycan Prezidenti cənab İlham Əliyevin humanistliyindən, insansevərliyindən irəli gələn bir hal idi. Lakin nə Ermənistan, nə də onun havadarları bu şansı düzgün dəyərləndirə bilmədilər. Buna görə də Azərbaycan məcbur qalaraq hərbi yolla ilk öncə öz ərazilərini işğaldan azad etdi və sonra da bütün ölkə ərazisində tam suverenliyini təmin etdi.”
Daha sonra A.Naxçıvanlı bu günlərdə Şuşada birinci yaşayış kompleksinin açılışını və şəhərə ilk sakinlərin qayıtmalarını tarixi hadisə kimi qiymətləndirərək bunları deyib: “Bütün xalqımız üçün əziz və son dərəcə əlamətdar olan bir gündə, may ayının 10-da Ölkə Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edərək, şəhərə köçmüş ilk sakinlərə onlar üçün inşa edilmiş mənzillərin açarlarını təqdim etdilər. Bu tarixi hadisənin məhz Ulu Öndərimizin doğum gününə təsadüf etməsi əlbəttə ki, böyük rəmzi məna daşıyır. Ümummilli Lider Heydər Əliyev hər zaman deyirdi və buna bütün varlığı ilə inanırdı ki, biz Şuşaya da, bütün digər şəhər və kəndlərimizə də mütləq qayıdacağıq. Bu gün bütün dünya Ulu Öndərimizin bu sözlərinin necə gerçəkləşdiyinə şahiddir. Cənab Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan xalqı öz əzəli torpaqlarına həmişəlik qayıdıb və müqəddəs bayrağımız da bu torpaqlarda əbədi dalğalanacaq!” – deyə, Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
27-11-2024