Aqiyə Naxçıvanlı: “Həyata keçirilən irimiqyaslı layihələr ölkəmizdə bərpaolunan enerji istehsalına böyük önəm verildiyinin göstəricidir”
Tarix: 27-04-2024 | Saat: 14:38
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-3 | çapa göndər
“Cari ilin aprel ayının 26-da Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Almaniyanın Federal Kansleri Olaf Şoltsun dəvətilə iştirak edib. Tədbirdə çıxış edən dövlət başçımız ilk növbədə COP29-a hazırlıq işlərinin yüksək səmərəliliklə davam etdiyini diqqətə çatdırıb. Daha sonra tədbir iştirakçılarına Azərbaycanın yaşıl gündəliyi ilə bağlı detallı açıqlamalar təqdim olunub. Xüsusi olaraq vurğuanıb ki, ölkəmizin yaşıl gündəliyi hələ COP29 qərarından əvvəl icra olunmağa başlanıb. Bu gün Azərbaycanda xarici tərəfdaşlar və sərmayədarlarla birgə yaşıl keçid üzrə nəhəng layihələr reallaşdırılmaqdadır. Təsadüfi deyil ki, 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Təkcə bu il ərzində 1300 meqavat Günəş və külək enerjisini istehsal etmək imkanını yaradacaq enerji stansiyalarının təməlqoyma mərasimi keçiriləcək. Bu, əlbəttə ki, ölkəmizdə bərpaolunan enerji istehsalına necə böyük önəm verildiyinin göstəricidir. İmzalanmış müqavilələrə əsasən 2027-ci ilin sonuna qədər doqquz elektrik enerjisi stansiyasında 2000 meqavat Günəş və yaşıl enerji istehsalı gözlənilir. Daha sonrakı üç il ərzində, yəni 2030-cu ilə qədər əlavə on Günəş və külək enerjisi stansiyaları qurulacaq ki, onların da gücü 5000 meqavat təşkil edəcək. Bu potensial ölkəmizə qaz istehlakını əksər hissədə elektrik enerjisi istehsalı ilə əvəzləmək imkanı verəcək. Bütün bu tədbirlərin nəticəsi olaraq Avropaya ən azı əlavə 5 milyard kubmetr qaz ixrac olunacaq. Azərbaycan öz hədəflərinə nail olmaq üçün ilk növbədə ölkədə olduqca münbit sərmayə mühitini yaradıb. Bu da imkan verir ki, bütün yaşıl enerji layihələri xarici sərmayədarlar tərəfindən maliyyələşdirilsin. Hazırda Xəzərdə külək enerjisi stansiyalarından Avropaya vahid ötürülmə xətlərini, o cümlədən Qara dənizin dibi ilə kabeli çəkmək üçün texniki əsaslandırma işləri son mərhələsindədir ki, bu layihə də dörd qiqavat həcmində Azərbaycanın yaşıl enerjisini Avropaya ixrac etmək imkanını yaradacaq. Beləliklə, ölkəmiz təbii qaz təchizatında olduğu kimi, həm də Avropanın etibarlı yaşıl enerji təchizatçısı kimi çıxış etməyi qarşısına hədəf qoyub.”
Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.
Daha sonra deputat Azərbaycanın nüfuzlu beynəlxalq təşkilatlara sədrlik etmək təcrübəsinin COP29-un uğurla keçirliməsi və qarşıya qoyulan hədəflərə nail olunması baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb: “Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, COP29-u keçirmək hüququ eyni zamanda həm böyük şərəfdir, həm də böyük məsuliyyətdir. Çünki əsas şərt sadəcə yaxşı tədbir keçirmək yox, həm də yaxşı nəticələr əldə etməkdir. Bu baxımdan Azərbaycanın fərqli beynəlxalq təşkilatlarla səmərəli əlaqələri və onlarda fəal iştirakı müxtəlif qitələrin ölkələri arasında güclü əlaqələr yaratmaq, eləcə də onların həmrəyliyini möhkəmləndirmək üçün əlverişli imkanlar verəcək. Xüsusilə Azərbaycan Qoşulmama Hərəkatına sədrlik etdiyi dörd il ərzində böyük uğurlara imza atmış, təşkilatın dünyada nüfuzunun daha da yüksəlməsini təmin etmiş və bu gün qlobal iqlim dəyişikliyinin fəsadları ilə mübarizənin effektivliyində bəlkə də daha çox maraqlı ola biləcək müxtəlif ölkələrlə möhkəm əlaqələr yaradıb. Eyni zamanda Azərbaycanın bir çox Avropa ölkələri ilə davam edən qarşılıqlı əməkdaşlıq əlaqələri, o cümlədən Avropa İttifaqının doqquz üzvü ilə bu əlaqələrin “Strateji Tərəfdaşlıq” haqqında razılaşmalar və bəyannamələr əsasında inkişaf etdirilməsi COP29-un hədəflərinə çatmaq üçün unikal imkanlar yaradır. Əminliklə demək olar ki, Azərbaycan bu imkanları maksimum reallaşdırmaq üçün əlindən gələni edəcək” – deyə, Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
28-11-2024