Mobil versiya
Eltun Süleymanov: “Azərbaycan-Konqo münasibətləri yaxşı perspektivlər vəd edir”
Tarix: 05-04-2024 | Saat: 10:16
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-9 | çapa göndər

Eltun Süleymanov: “Azərbaycan-Konqo münasibətləri yaxşı perspektivlər vəd edir”

“Azərbaycan dünyanın bütün ölkələri ilə maraqların üst-üstə düşən sahələrdə əməkdaşlıq etməyə həmişə hazırdır. Son dövrlərdə Azərbaycanla əlaqə qurmaq istəyən ölkələrinin sayı çoxalmışdır. Azərbaycanın dövlət quruculuğunda, iqtisadiyyatın moderinləşməsində əldə etdiyi nəticələr diqqətəlayiqdir. Bütün bunlarla yanaşı Azərbaycanın beynəlxalq aləmdə sülhün stabilliyin təmin edilməsi, nokolnializm və müsətmləkəçiliyə qarşı mübarizə istiqamətində apardığı işdə digər dövlətlərdə məlumatlıdırlar. Onun BMT şurasının üzvlərindən biri olarkən fəaliyyəti diqqəti çəkəndir. Bu baxımdan Azərbaycanın Qoşulmama Hərəkatına sədirliyi hərəkat tarixində ən müsbət dövr hesab edilir. Hərəkata sədrliyi dönəmində ölkəmizin həyata keçirdiyi siyasət birmənalı şəkildə yüksək qiymətləndirilmişdir. Xüsusən pandemiya dövründə ölkəmizin başçısı cənab İlham Əliyevin tutduğu mövqe birmənalı olaraq alqışlanmış, ölkəmizə olan marağı artırmışdır.Bunun nəticəsidir ki, hərəkat üzvləri Azərbaycanın hərəkatda bir il də sədr olması təşəbbüsü ilə çıxış etdilər. Bu ölkələrdən biri də Afrikanın ən böyük dövlətlərindən hesab edilən Konqo Respublikasıdır.”

Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.


Müsahibimiz bildirib ki, “bu günlərdə ölkəmizdə rəsmi səfərdə olan Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonu qəbul edən ölkə başçısı cənab İlham Əliyev bu səfəri və imzalanmış Bəyannaməni yüksək qiymətləndirmişdir.
Hər iki dövlət başçısı görüşdən sonra mətbuata Bəyanatla çıxış edərək ölkələrimiz arasında əməkdaşlıq perspektivlərinin yüksək olmasını qeyd etmişdir. Cənab Prezident İlham Əliyev bildirmişdir ki, “Biz bu gün təbii ki, iqtisadi sahədə də əməkdaşlıq haqqında geniş fikir mübadiləsi aparmışıq. Nümayəndə heyətlərinin üzvlərinə konkret tapşırıqlar verilmişdir. Azərbaycan Konqoda bir çox investisiya layihələrində iştirak etmək fikrindədir, ilk növbədə, kənd təsərrüfatı sahəsində. Bərpaolunan enerji sahəsində, energetika sahəsində, mədənçilik və digər sahələrdə əməkdaşlıq üçün çox gözəl perspektivlər var. Bu gün müzakirə aparıldı, müvafiq göstərişlər verildi və əminəm ki, gələcək aylar ərzində bizim nümayəndələrimiz bir-biri ilə sıx təmasda olacaqlar.”
Sovet dönəmində Konqodan olan tələbələrin Bakıda təhsil aldığını qeyd edən ölkə başçısı bu ənənənin bərpa edilməsi üçün müvafiq göstərişlərin verildiyini bildirərək kənd təsərrüfatı, bərpaolunan eneji sahəsində əməkdaşlığa önəm veriləcəyini vurğulamışdır.”

Eltun Süleymanov sonda qeyd etmişdir ki, ölkəmizin dnüya səviyyəsində artan nüfuzu cənab İlham Əliyevin həm region, həm də beynəlxalq müstəvidə apardığı məqsədyönlü siyasətin nəticəsi kimi qiymətləndirilməlidir. Yaxın müddətdə başlanan bu proses çox böyük sürətlə davam edir və Azərbaycana müttəfiqlər və dostlar qazandırır. Konqo kimi dövlətlərin Azərbaycanla siyasi, iqtisadi əməkdaşlığı beynəlxalq müstəvidə həyata keçirdiyimiz siyasətin dəstəklənməsi baxımından da qiymətlidir.”



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-11-2024