Mobil versiya
Eltun Süleymanov: “Azərbaycan regionda sülhün bərqərar olması üçün lazım olan hər şeyi edir”
Tarix: 19-03-2024 | Saat: 09:36
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-9 | çapa göndər

Eltun Süleymanov: “Azərbaycan regionda sülhün bərqərar olması üçün lazım olan hər şeyi edir”

“Azərbaycannın NATO ilə əlaqələri 1992-ci ildən başlayıb. Belə ki, Azərbaycan 1992-ci ilin martında əməkdaşlıq və məsləhətləşmələr üçün forum rolunu oynayan Şimali Atlantika Əməkdaşlıq Şurasına qoşulub.1994-cü il 3-4 mayda Azərbaycan prezidenti Heydər Əliyev NATO-nun Brüsseldəki mənzil qərargahında NATO Sülh naminə tərəfdaşlıq proqramının Çərçivə sənədini imzalayıb. 1999-cu ilin sentyabrından Azərbaycanın sülhməramlı taqımı Türkiyə taboru daxilində Kosovoda keçirilən sülhməramlı əməliyyatda iştirak edib. 30 il bundan öncə Azərbaycan Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) Sülh naminə Tərəfdaşlıq proqramına qoşulub. 1994-cü ilin 4 mayında prezident Heydər Əliyev NATO-nun mənzil-qərargahını ziyarət etdi və Sülh Naminə Tərəfdaşlıq (SNT) Çərçivə sənədini imzaladı. Həmin vaxtdan etibarən Azərbaycan Alyans ilə möhkəm və qarşılıqlı faydalı tərəfdaşlıq qurub. Azərbaycan NATO ilə tərəfdaşlığını bütün Avro-Atlantik məkanında təhlükəsizlik, sabitlik və tərəqqiyə töhfə vermək vasitəsi kimi görür. SNT proqramı şübhəsiz ki, Alyansın ən uğurlu proqramlarından biridir və Azərbaycan Avro-Atlantik təhlükəsizliyin möhkəmləndirilməsində onun rolunu müsbət qiymətləndirir. NATO ilə 25 illik əməkdaşlıq SNT Çərçivə Sənədinin və BMT Nizamnaməsinin ortaq dəyər və prinsiplərinə, ələlxüsus dövlətlərin siyasi müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə hörmət edilməsi öhdəliyinə söykənib.”

Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.

Martın 17-də Azərbaycan Respublikasına səfərə gələn NATO Baş katibi Yens Stoltenberq ölkəmizin başçısı cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə qəbul edilmiş, Azərbaycan-NATO münasibətlərinə, eləcə də regionda vəziyyətə dair geniş dialoq aparılmışdır. Görüşdən sonra cənab Prezidenti İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər.

Müsahibimiz bildirib ki, “Ölkəmizin başçısı çıxışında qeyd edib ki, Azərbaycan NATO ilə qarşılıqlı maraq doğuran bir çox məsələlər ilə bağlı müntəzəm siyasi dialoqa böyük önəm verir və Alyans ilə müxtəlif məsələlər, xüsusilə də sülhməramlı əməliyyatlar və müdafiə islahatları üzrə praktiki əməkdaşlığı yüksək dəyərləndirir. Azərbaycan-Ermənistan münaqişəsinin artıq həll edildiyini və Azərbaycanın beynəlxalq hüquqa söykənən addımlar ataraq öz suverenliyini və ərazi bütövlüyünü bərpa etdiyini bildirən cənab Prezident deyib: “İndi, artıq üç ildən çoxdur ki, bu məsələ müzakirə mövzuları sırasında yer almır. Çünki Azərbaycan 2020-ci ildə İkinci Qarabağ müharibəsi və ötən ilin sentyabrında həyata keçirilmiş antiterror əməliyyatı nəticəsində özünün ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Beləliklə, ölkənin ərazisi üzərində tam suverenlik bərpa edilib və bu, uzunsürən münaqişələrin necə həll edilə biləcəyinin bariz nümunəsidir. Münaqişə hərbi-siyasi yolla həll edilib. Biz BMT Nizamnaməsinə əsasən özünümüdafiə hüququmuzdan istifadə etdik.”
Eltun Süleymanov qeyd edib ki, “Azərbaycanın ərazi bütövlüyünün bərpasının Cənubi Qafqazda çox ciddi dəyişikliklərə səbəb olacağını qeyd edən cənab İlham Əliyev bildirib ki, bu regionda çoxdandır gözlənilən sülhün bərqərar olunması sahəsində kifayət qədər ciddi addımlar atılmış və atılmaqdadır. Bu gün Azərbaycan daha çox bəşəriyyətə xidmət edən layihələr həyata keçirir və dünyada gedən iqim dəyişikliklərinə töhfə vermək üçün yaşıl enerji gündəliyinə daxil olan işləri həyata keçirir. Bu barədə qonağı məlumatlandıran ölkəmzin başçısı bundan sonra da NATO ilə Azərbaycan arasında münasibətlərin qarşılıqlı və faydalı əməkldaşlığa əsaslanacağını qeyd etmişdir.”



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-11-2024