Mobil versiya
Mircəfər Bağırovun qohumu olan nazir: "Qətiyyən qəbul etmirəm"
Tarix: 13-05-2016 | Saat: 21:07
Bölmə:Siyasət | çapa göndər

Mircəfər Bağırovun qohumu olan nazir: "Qətiyyən qəbul etmirəm"







Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov "ASAN radio"da qonaq olub və ona ünvanlanan suallara cavab verib.

Nazir babasının qardaşı Mircəfər Bağırov (Azərbaycan SSR Kommunist Partiyası MK-nın I katibi) haqda da sualı cavablayıb.

Hüseyn Bağırov "Azərbaycan SSR-in tərkibində Azərbaycanın Stalini kimi xaraterizə oluna biləcək Mircəfər Bağırov, yəni babanızın qardaşı olan şəxs haqda düşüncələriniz necədir?" sualına belə cavab verib:

"Baxmayaraq ki, gənc olarkən iş axtaran zaman getdim çıxdım "Komsomol"a və bir neçə il orada çalışdım, amma könüllü olaraq oradan istefa verib gedən şəxslərdən biri oldum. O ideologiyanı qətiyyən qəbul etmirəm. Onun yaxşı tərəflərindən danışanlar var, düşünürəm ki, bunlar hamısı fantaziyalardı. Çünki həmin ideologiyaya onu yayanlar özləri də inanmırdılar. Sadəcə bu, köhnə Rusiya İmperiyasını hər hansı bir formada saxlamaq üçün bir tapıntı idi. Düşünmürəm ki, "böyük qardaş" həmişə səmimi olub belə hallara qarşı münasibətdə. Buna görə də dəstəkləmirəm o dövrü. Amma eyni zamanda nəzərə alınmalıdır ki, o dövrdəkilər hamısı belə yaşayıb, nadir hallarda, az sayda insan buna qarşı çıxıb. Stalin repressiyaları deyəndə təsəvvür yarana bilər ki, bu, sosializm, kommunizm ideyası ilə razı olmayanlara qarşı aparılıb. Amma elə deyil. Diqqətlə tarixi araşdıranda görürük ki, 30-40-cı illərdə repressiyaya məruz qalanların bir çoxu elə repressiyanı təmin edənlərin özləri idi. Kommunist partiyasının rəhbərləri, müvafiq təşkilatların, güc strukturlarının rəhbərləri və s. Mircəfər Bağırovu elə "stalinizm"in sonuncu qurbanı da saymaq olar. Nədənsə biz Xruşşovun özünü ağartmaq və başqalarını "stalinçi" kimi qələmə vermək cəhdlərinə uyuruq. Halbuki elə Xurşşov da Bağırov kimi Stalinin ətrafında olan adamlardan idi. Sadəcə o, bir az qabağa düşdü, özünü bu cür qələmə verdi. Öz həyata keçirdiklərini yumşaltma kimi qələmə verdi, indiyə qədər onun təsiri altındayıq.

İkinci amil ondan ibarətdir ki, M.Bağırovun masasının ətrafına toplaşan və ona çəpik çalanlar, incəsənət, ədəbiyyat xadimləri o vəzifədən azad olunandan sonra mövqelərini dəyşdilər, onun əleyhinə danışmağa başladılar. Çünki hökumət də onlardan bunu tələb edirdi. Özləri də bunun yaxşı olmadığını dərk etdikləri üçün günahlarını bütün varlıqları ilə qorumaqdadırlar".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə