ABŞ-da 11 sentyabr hadisələrində şübhəli bilinən rəsmi şəxsin adı “təsadüfən” açıqlandı
Tarix: 13-05-2020 | Saat: 10:19
Bölmə:Manşet / Dünya | çapa göndər
ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FTB) 2001-ci ilin 11 sentyabr hücumunda şübhəli bilinən Səudiyyə Ərəbistanı rəsmisinin adını açıqlayıb.
"Yahoo News” xəbər verir ki, 19 il əvvəl Nyu-Yorkdakı Ümumdünya Ticarət Mərkəzində baş vermişterror hadisəsində "Əl-Qaidə” terrorçularına kömək etməkdə şübhəli bilinən Səudiyyə rəsmisinin adı "təsadüfən” açıqlanıb.
FTB1999-2000-ci illərdə Səudiyyə Ərəbistanının ABŞ-dakısəfirliyində işləyən Mussaed Əhməd Əl Cərrahın adını 11 sentyabr qurbanlarının ailələrinin təqdim etdiyi sənədlərdən birində silməyi unudub.Məhkəmə sənədində Əl CərrahınÜmumDünya Ticarət Mərkəzinə intihar hücumu edən "Əl-Qaidə”nin iki terrorçusuna kömək etməkdə şübhəli bilindiyi qeyd edilib.
Sənəd FTB-nin yüksək vəzifəli rəsmisi tərəfindən hazırlanıbvə bu həftə ictimaiyyətə açıqlanıb.
Əl Cərrahın hazırda harada olduğunun bilinmədiyi vurğulanır.
Xatırladaq ki, 2001-ci ilin 11 sentyabr tarixində baş vermişterror aktı zamanı dördsərnişin təyyarəsi qaçırılıb, təyyarələrdən ikisi "Əkiz qüllələr”ə çırpılıb. Digər qaçırılan təyyarə paytaxt Vaşinqtonda Pentaqonu hədəf alıb, dördüncü təyyarə isə "F-16”lar tərəfindən Pensilvaniyada vurulub.
"Əkiz qüllələr”də 2 606 nəfər, Pentaqonda 125 nəfər və qaçırılan təyyarələrdə 246 nəfər ölüb. Hücumlarda 19 terrorçu ilə birlikdə ölənlərin ümumi sayı 2 996-ya çatıb.
Bundan sonraABŞ-ın keçmiş Prezidenti Corc Buş Əfqanıstan və İraq ərazisinə hərbi müdaxilə qərarına gəlib.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər