ABŞ-da işsizlik səviyyəsi rekord həddə çatdı
Tarix: 09-05-2020 | Saat: 12:56
Bölmə:Karusel / Dünya | çapa göndər
ABŞ-da işsizlik nisbəti aprel ayında rekord 14,7 faizə yüksəlib, bir ay ərzində 20,5 milyon insan işsiz qalıb.
AİA.az xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti Əmək Departamentinə istinadən xəbər verib. Qeyd olunub ki, bu, yarım əsr ərzində ən yüksək rəqəmdir.
Analitiklər hesab edir ki, ölkədə işsizlik səviyyəsinin azalması üçün bir ildən çox vaxt lazımdır.
Ölkə prezidenti Donald Trampın “iş yerlərinin hamısı geri qaytarılacaq və çox tezliklə geri qaytarılacaqlar” sözlərinə iqtisadi ekspertlər o qədər də müsbət yanaşmır. “Stifel”in baş iqtisadçısı Lindsey Piqza 2021-ci ildə işsizlik nisbətinin təxminən 10 faiz olacağını söyləyib.
Ani iqtisadi böhran milyonlarla amerikalını kömək üçün hökumətə müraciət etməyə məcbur edib. İş yerlərinin itirilməsi otel sənayesi ilə başlayıb. Belə ki, aprel ayında 7,7 milyon nəfər işsiz qalıb.
Daha sonra pərakəndə ticarət mərkəzlərində işləyən 2,1 milyon nəfərin, istehsalatdakı 1,3 milyon nəfərin əmək müqaviləsinə xitam verildi. Əmək Nazirliyi həqiqi işsizlik nisbətinin daha yüksək, 20 faiz ola biləcəyini bildirib.
AİA.Az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər