Mobil versiya
Zelenski Saakaşvilini vəzifəyə təyin etdi
Tarix: 08-05-2020 | Saat: 13:11
Bölmə:Manşet / Dünya | çapa göndər

Zelenski Saakaşvilini vəzifəyə təyin etdi



Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Ukraynada İslahatların İcraiyyə Komitəsinin rəhbəri təyin olunub.

AİA.Az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski fərman verib. Komitə Prezident yanında Milli İslahatlar Şurasının tərkibinə daxildir.

Saakaşvilinin müavini vəzifəsinə isə “İnternet İnvest Group” holdinqinin prezidenti Aleksandr Olşanski təyin olunub.

Xatırladaq ki, bundan əvvəl Saakaşvilinin Ukraynada Baş Nazirin islahatlar üzrə birinci müavini vəzifəsinə gətirilməsi planlaşdırılırdı. Ancaq rəsmi Tbilisinin etirazından sonra bu plan baş tutmadı.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024