Mobil versiya
Tramp Çinin koronavirus üzrə statistikasına inanmır
Tarix: 07-05-2020 | Saat: 10:31
Bölmə:Dünya | çapa göndər

Tramp Çinin koronavirus üzrə statistikasına inanmır




ABŞ prezidenti Donald Tramp Çinin koronavirus üzrə təqdim etdiyi statistikaya inanmır.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu D.Tramp Ağ Evdə keçirilən brifinq zamanı jurnalistlərə açıqlamasında deyib.

D.Tramp bildirib: "Mən düşünürəm ki, ABŞ-da təqdim olunan statistika olduğu kimidir. Təxminən 70 min (koronavirusdan ölənlər). Mən az insanların ölümü barədə bildirilən Çin və digər ölkələrə inanmıram. Amma siz xəbərlərə baxırsınız və baş verənləri görürsünüz".

Con Hopkins Universitetinin məlumatına əsasən, ABŞ-da 1,2 milyondan artıq yoluxma halı, 71,5 mindən artıq ölüm halı qeydə alınıb. Çində isə 82,8 mindən artıq yoluxma halı, 4,6 mindən artıq ölüm halı qeydə alınıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə