Mobil versiya
Kim Çen Inın başına nə gəlib...
Tarix: 25-04-2020 | Saat: 13:13
Bölmə:Manşet / Dünya | çapa göndər

Kim Çen Inın başına nə gəlib...


Şimali Koreya lideri Kim Çen Inın vəziyyətinin kritik olması barədə xəbərlərin yayıldığı bir vaxtda Çin bu ölkəyə tərkibində həkimlərin də olduğu mütəxəssislər qrupu göndərib.

Virtualaz.org xəbər verir ki, bu haqda “Reuters” bildirir.

Məlumata görə Çin Kommunist partiyasının Mərkəzi komitəsinin beynəlxalq şöbəsinin yüksək rütbəli nümayəndəsinin rəhbərlik etdiyi heyət Şimali Koreyaya aprelin 23-də göndərilib. Agentlik heyətin göndərilməsini Kim Çen Inın səhhətində yaranmış problemlə əlaqələndirir.



Bundan əvvəl xəbər verilmişdi ki, Kim Çen In Yapon dənizinin Şərqi Koreya körfəzinin sahilindəki villasında özünü təcrid edib. Onun ötən həftə koronavirusdan qorunmaq üçün Pxenyanı tərk etdiyi iddia edilir. Bəzi məlumatlara görə Kimin yaxın ətrafındakı şəxslərdə koronavirus aşkarlanıb.

Xatırladaq ki, aprelin 21-də CNN telekanalı Amerika kəşfiyyatının nümayəndələrinə istinadən Kim Çen Inın kritik vəziyyətdə olduğu haqda xəbər vermişdi. Kim Çen Inın səhhəti ilə bağlı spekulyasiyalar onun Şimali Koreyanın qurucusu olan babası Kim İR Senin aprelin 15-də baş tutan ad günü mərasimlərinə qatılmamasından sonra yaranıb. Həmin vaxtdan onu görən olmayıb. Bəzi mənbələr Kim Çen Inın hətta öldüyünü iddia edirlər.

Virtualaz.org



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024