Mobil versiya
Tramp: ABŞ Fransaya 500 süni tənəffüs aparatı göndərəcək
Tarix: 23-04-2020 | Saat: 10:50
Bölmə:Dünya | çapa göndər

Tramp:


ABŞ Fransaya 500 süni tənəffüs aparatı göndərmək niyyətindədir, bundan sonra avadanlıq İspaniya və İtaliyaya da gedəcək.

Trend-in məlumatına görə, bu barədə Ağ Evdə keçirilmiş brifinqdə ABŞ prezidenti Donald Tramp bildirib.

D.Tramp deyib: "Bu gün (22 aprel) aparatlara ehtiyacı olan bir sıra ölkələrin dünya liderləri ilə danışdım. 500 ədəd aparatı Meksikaya, daha bir 500 aparatı Fransaya göndəririk, İspaniya, İtaliyaya [müəyyən miqdarda] göndərəcəyik".

D.Trampın sözlərinə görə, hazırda ABŞ-da təxminən 10 min ədəd miqdarında strateji süni tənəffüs aparatı ehtiyatı var.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-05-2024