Mobil versiya
Türkiyəli məşhur mafiya lideri azadlığa buraxıldı - FOTO
Tarix: 16-04-2020 | Saat: 10:26
Bölmə:Karusel / Dünya | çapa göndər

Türkiyəli məşhur mafiya lideri azadlığa buraxıldı -


Türkiyəli məşhur mafiya lideri Alaattin Çakıcı azadlığa buraxılıb.

Bu barədə “HaberGlobal” məlumat yayıb.

Ankara Sincan Həbsxanasından azadlığa buraxılan A.Çakıcını vəkilləri, ailəsi və yaxın dostları qarşılayıb.

Qeyd edək ki, A.Çakıcı 1998-ci ildə Fransada yaxalanıb. O, 19 il həbs cəzasına məhkum edilib. Sonradan məhkəmədə çıxış edən A.Çakıcı Türkiyə kəşfiyyatına işlədiyini bildirib.

Bəzi iddialara görə, Alaattin Çakıcı “Kurtlar Vadisi” teleserialının əsas personajlarından biri olan “Süleyman Çakır”ın prototipidir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024