Mobil versiya
ÜST: Dünyada COVID-19-un pik həddi hələ müşahidə edilmir
Tarix: 14-04-2020 | Saat: 14:41
Bölmə:Karusel / Dünya | çapa göndər

ÜST:


Dünyada koronavirus infeksiyasının pik həddi hələ müşahidə edilməyib.

REN TV-nin məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri bildiriblər.

Bununla yanaşı, vurğulanır ki, Avropa ölkələrində COVID-19 infeksiyasının yayılma sürətində yavaşlama müşahidə edilir.

Son məlumatlara görə, dünyada koronavirusa yoluxanların sayı 1 925 190 nəfərə çatıb. Virusdan ölənlər 119 701, sağalanlar isə 447 833 nəfər təşkil edir.

Qitələr arasında yoluxma ən çox - 907 388 nəfər olmaqla, Avropada qeydə alınıb. 15 944 nəfərlə ən az yoluxma göstəricisi isə Afrikadadır.

Dünya ölkələri arasında virusa yoluxma sayına görə ilk onluqda ABŞ, İspaniya, İtaliya, Fransa, Almaniya, Böyük Britaniya, İran, Türkiyə, Belçika, Niderland yer alır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024