Mobil versiya
ABŞ-da 1 günə koronavirusdan rekord ölüm qeydə alındı
Tarix: 11-04-2020 | Saat: 15:20
Bölmə:Karusel / Dünya | çapa göndər

ABŞ-da 1 günə koronavirusdan rekord ölüm qeydə alındı





ABŞ-da son 24 saat ərzində 2108 nəfər koronavirusdan vəfat edib.

AİA.Az-ın xəbərinə görə, bu barədə Con Hopkins Universiteti məlumat yayıb.

Ölkədə koronavirusdan ölümlərin gündəlik tempi sürətlə artmaqda davam edir. Belə ki, 7 apreldə gün ərzində 1736, 8 apreldə 1973, 9 apreldə 1783 qeydə alınıb. 10 apreldə isə ölkədə ölənlərin sayında daha bir rekord qırılıb – 2108 ölüm. Bu, həm də dünyanın bütün ölkələri arasında sutka ərzində ən yüksək ölüm rəqəmi sayılır. Bununla da ABŞ-da virus qurbanlarının sayı 18,747 nəfərə çatıb.

Birləşmiş Ştatlarda COVİD-19-a yoluxanların sayı 502, 876-ya yüksəlib. 456, 815 aktiv xəstə var. 27,314 nəfər isə koronavirusdan sağalıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024