ÜST-ün baş direktoru: “Ölümlə hədələnirəm”
Tarix: 10-04-2020 | Saat: 09:34
Bölmə:Manşet / Dünya | çapa göndər
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus COVID-19 pandemiyası ilə bağlı fəaliyyətlərinə görə ölümlə hədələndiyini söyləyib.
"HaberGlobal” məlumat verir ki, Qebreyesus koronavirusla bağlı ABŞ-la olan mübahisəsindən bəhs edib.
ABŞ Prezidenti Donald Trampın ÜST-ün koronavirusla mübarizəsi ilə bağlı mənfi açıqlamalarını şərh edən Qebreyesus üç aydır hədələndiyini bildirib:
"Mənə qarşı qəddar və ya irqçi şərhlər... Hətta ölüm təhdidləri. Buna əhəmiyyət vermirəm. Şəxsən ölüm hədələrinəbelə cavab vermirəm, vermərəm də. Təşkilatı təhqir edəndə laqeyd qalmaq olmur”.
ÜST baş direktoru Vaşinqtondan gələn tənqidlə bağlı suala cavab verməkdən imtina edərək, deyib:
"Bunun lazım olduğunu düşünmürəm. Vaxt itirməməli və birləşməliyik. Birləşə bilməsək, daha da pis vəziyyətlərlə qarşılaşacağıq”.
Bununla yanaşı, Qebreyesus ÜST-ün siyasətə qarışmadığını da qeyd edib.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
15-01-2025