Mobil versiya
Çində daha 30 koronavirusa yoluxma halı, 3 ölü
Tarix: 05-04-2020 | Saat: 13:21
Bölmə:Karusel / Dünya | çapa göndər

Çində daha 30 koronavirusa yoluxma halı, 3 ölü





Çində son sutka ərzində koronavirus səbəbindən daha 3 nəfər dünyasını dəyişib, 30 yeni yoluxma halı qeydə alınıb, 213 pasiyent sağalıb. “Aia.az “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Ümumilikdə Çində 81 669 yoluxma halı qeydə alınıb, hazırda 1376 nəfər müalicə olunur (295-i ağır vəziyyətdədir), 76 764 pasiyent xəstəxanalardan evə buraxılıb, 3329 nəfər dünyasını dəyişib.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də koronavirusu pandemiya elan edib. İndiyədək bütün dünyada 1 milyondan çox yoluxma, 60 mindən çox ölüm halı qeydə alınıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi

584 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-06-2020
03-06-2020
{sape_links}{sape_article}