Mobil versiya
Avstriya koronavirusla mübarizəyə ordunu cəlb edir
Tarix: 24-03-2020 | Saat: 19:55
Bölmə:Dünya | çapa göndər

Avstriya koronavirusla mübarizəyə ordunu cəlb edir




Avstriyanın müdafiə naziri İkinci Dünya Müharibəsindən bəri ilk dəfə koronavirusun yayılması ilə mübarizədə ərzaq təchizatı, tibbi dəstək və polis əməliyyatlarına yardım üçün hərbi ehtiyat qüvvələrinin səfərbər edildiyini bildirib.

Avstriyada Almaniya və Fransadan fərqli olaraq hələ də məcburi hərbi xidmət qanunu qüvvədədir. Kişilər 18 yaşına çatdıqda altı ay orduda və ya doqquz ay mülki xidmətdə qulluq etməlidir.

Müdafiə naziri Klaudiya Tanner mətbuat konfransında 3 minə yaxın əsgərin, yəni ehtiyatda olan hərbçilərin 10 faizinin koronavirusla əlaqədar işlərə cəlb ediləcəyini bildirib.

Avstriya bu günə qədər 21 ölüm olmaqla, təxminən 4000 yoluxma halının qeydə alındığını bildirib. Ölkənin qərb vilayəti Tirol da daxil olmaqla, İşql və St. Anton populyar xizəksürmə bölgələri virusun Avropada ən çox yayılan yerləri və keçən həftə vilayətin tamamilə bağlanmasına səbəb olub.

Vilayətin paytaxtı İnnsbruk prokurorları İşqlda koronavirusla bağlı məlumatın çox gec xəbər verildiyi ilə bağlı istintaqa başlanmasını müzakirə edir.

Yerli və beynəlxalq kütləvi informasiya vasitələri vilayət orqanlarını koronavirusun yayılmasına çox gec münasibət bildirməkdə və turistləri vaxtında xəbərdar etməməkdə ittiham edir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə