Mobil versiya
Nazirlər Kabineti yanında operativ qərargahın təlimatlarına ciddi əməl edilməlidir - Musa Quliyev
Tarix: 17-03-2020 | Saat: 12:51
Bölmə:Gündəm | çapa göndər

Nazirlər Kabineti yanında operativ qərargahın təlimatlarına ciddi əməl edilməlidir -



Koronavirus dünyada yayılan ən ciddi pandemiyalardan biridir. Çətini odur ki, bu virusun inkubasiya dövrü uzun müddətlidir və özünü gec biruzə verir. Buna yoluxan 200-ə qədər insanı yoluxdura bilər.

Trend-in məlumatına görə, bunu millət vəkili Musa Quliyev Milli Məclisin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, Azərbaycan hökumətinin bu vəziyyətdə davranışı situasiyaya adekvatdır, kompleksdir və ardıcıldır: “Burada vətəndaşlar da öz məsuliyyətini dərk etməlidir. Bu gün ictimaiyyətin davranışında iki qütb var: biri ajiotaj, panika, digəri isə laqeydlik. İnsanlar Nazirlər Kabineti yanında operativ qərargahın verdiyi təlimatlara ciddi əməl etməlidirlər. Bəzliəri sosial şəbəkələrdə qeyri-peşəkar tövsiyələr verir. İnsanlar peşəkarların tövsiyələrinə əməl etməlidir.

Ən mühüm addımlardan biri də izolyasiya qaydalarına əməl edilməsidir. Hesab edək ki, ölkədə bir aylıq fövqəladə vəziyyət var və bir ay buna əməl edək. Hər kəsin məsuliyyətli olması, gigiyenik qaydalara əməl etməsi vacibdir”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5124 dəfə oxunub.


Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-06-2020
03-06-2020
{sape_links}{sape_article}