Mobil versiya
Liderlər razılaşdı - “Lakin atəşkəs uzun çəkməyəcək”
Tarix: 06-03-2020 | Saat: 12:37
Bölmə:Dünya | çapa göndər

Liderlər razılaşdı -


Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında Kremldə keçirilən görüş nəticəsində tərəflər İdlibdə atəşkəs haqqında razılığa gəliblər.



Yekun razılaşmaya əsasən, 6 mart saat 00:01-dən etibarən İdlibdə atəşkəs elan olunub.


Nəzərə alsaq ki, bundan əvvəl də iki ölkə arasında Suriyada atəşkəsin elan olunması ilə bağlı razılaşma olmuşdu, onda ortaya belə bir sual çıxır: Atəşkəs nə qədər davam edəcək? Tərəflər sabitliyi təmin edə biləcəkmi?



Məsələ ilə bağlı Modern.az-a danışan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Cavid Vəliyev atəşkəsin əldə olunmasına baxmayaraq, tərəflərin hələ də öz mövqelərində qaldığını bildirib:



“Atəşkəs razılaşması olduqca həssas bir razılaşmadır. Ona görə yox ki, bundan əvvəl Ərdoğanla razılaşmalar pozuldu, ona görə ki, tərəflər hələ də öz mövqelərində qaldıqlarını bəyan etdilər. Ərdoğan çıxışında qeyd etdi ki, Bəşər Əsədə bağlı Suriya ordusu tərəfindən türk ordusunun əsgərlərinə qarşı atəş açılarsa, əsgərləri müdafiə etmək hüququnu əldə saxlayaraq rus ordusunu cavab atəşi ilə susduracaqlar. İkinci bir tərəfdən, Putin də qeyd etdi ki, terrorçulara qarşı mübarizəni sonuna qədər davam etdirəcək”.



Ekspert bir həftə ərzində Türkiyə və Rusiya nazirlərinin görüşündə mühasirədə olan türk postlarının mühasirədən azad olunmasının gözlənildiyini əlavə edib:



“Yanvar ayından etibarən Bəşər Əsədə bağlı birliklərin İdlibdə hücuma keçməsi nəticəsində orada Soçi müqaviləsi ilə qurulan 12 nəzarət türk postundan 8-i mühasirəyə düşüb. Sözügedən problem Moskvada bağlanan müqavilə ilə də öz həllini tapmadı. Bu məsələ bundan sonra bir həftə ərzində Türkiyə və Rusiya Müdafiə nazirlərinin görüşü nəticəsində həllini tapmalıdır. Bu səbəbdən qeyd etdiyim məsələdə tərəflər arasında görüş fərqliliyi var. Əgər bundan sonra Rusiya Bəşər Əsədin güclü təsirə malik olmasından istifadə edib, atəşkəsin pozulmasının qarşısını alarsa və Türkiyə təsir gücünə sahib olduğu qruplara nəzarət edib atəşkəsi dayandıra bilərsə, atəşkəs uzun müddət çəkəcək. Lakin ümumilikdə atəşkəsin uzun davam edəcəyi düşünülmür. Bir müddət sonra yeni bir gərginliyin ortaya çıxma ehtimalı var”.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024