Mobil versiya
Gürcüstanda etirazlar davam edəcək - Müxalifət dialoqa “yox” dedi
Tarix: 19-11-2019, 10:17 | Saat: 15:47:00
Bölmə:Manşet / Dünya | çapa göndər

Gürcüstanda etirazlar davam edəcək -


Gürcüstan müxalifəti Rustaveli prospektində etirazları davam etdirmək niyyətindədir və parlamentdə müzakirələrin keçirilməsi ilə razılaşmır.

Azvision.az“Sputnik-Gürcüstan”a istinadən xəbər verir ki, bu, 20-dən çox müxalifət partiyasının son görüşünün yekun nəticəsidir.
"Gürcü arzusu - Demokratik Gürcüstan" bazar ertəsi müxalifətə küçə etirazları əvəzinə, seçki sisteminin dəyişdirilməsi ilə bağlı siyasi müzakirələr keçirməyi təklif edib.

Bu gün isə etirazçılar Tbilisi şəhər məhkəməsinin binası yaxınlığında bir gün əvvəl Rustaveli prospektində saxlanılan mitinq iştirakçılarının sərbəst buraxılması tələbi ilə aksiya keçirəcəklər. Birləşmiş müxalifətin mitinqi parlament binası qarşısında axşam saat 19:00-a planlaşdırılıb.

Eyni zamanda,siyasi partiyaların rəhbərləri təkcə parlament binasında deyil, digər dövlət qurumlarının qarşısında da etiraz aksiyalarına davam etməyə hazır olduqlarını bəyan ediblər.

"Tələblərimiz yerinə yetirilməyincə, etirazımızı davam etdirəcəyik", - "AvropaGürcüstanı - Azadlıq Hərəkatı" partiyasının liderlərindən biri Giqi Uqulava deyib.

Partiyanın digər lideri Giqa Bokeriya isə vurğulayıb ki, dialoq üçün resurslar tükənib.

"Dialoq başa çatdı və "Gürcü Arzusu" sözünü tutmadı. İndi İvanişvili dialoq formatına qayıtmağı təklif edir. Qoy, onlar alman modelini qəbul etsinlər və biz mürəkkəb məsələlər üzrə dialoqa hazırıq", - deyə Bokeriya əlavə edib.

Alman seçki modelinə keçid müxalifət partiyalarının əsas tələblərindən biridir. Bu model seçkilərin qarışıq bir sistemdə - proporsional və mojaritar qaydada keçirilməsini, yerlərin isə yalnız proporsional qaydada paylanmasını nəzərdə tutur.

Bundan əlavə, müxalifət liderləri bildiriblər ki, çərşənbə axşamı genişmiqyaslı etiraz mitinqinin tarixini elan edəcəklər və gələcəklə bağlı planları səsləndirəcəklər.

aia.az



578 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

13-12-2019
12-12-2019
«    Декабрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031