Mobil versiya
Arif Hacılı jurnalistlərdən qorxdu, partiya qərargahına gəlmədi
Tarix: 15-11-2019, 16:06 | Saat: 15:47:00
Bölmə:Karusel / Siyasət | çapa göndər

Arif Hacılı jurnalistlərdən qorxdu, partiya qərargahına gəlmədi


Gəlmişik Müsavat Partiyasının başqanı Arif Hacılıdan müsahibə almağa. Özü qərarhahda olmasa da, köməkçisi ilə xəbər göndərdi ki, müsahibə vermək istəmir. Biz isə israr elədik. Çünki söhbət çox ağır ittihamlardan, Arif Hacılının özünün bir neçə saat əvvəl yazdığı kimi evlərini satıb saxta mühacirlik üçün külli miqdarda vəsait ödəyən insanların aldadılmasından, ailələri ilə Almaniyadan deportasiya edilməsindən gedir.

Trend-in məlumatına görə, bunu Real Tv-nin əməkdaşı Mahir Məmmədli deyib.

Onun sözlərinə görə, Arif Hacılı qərargaha gəlmək, ittihamlara cavab vermək əvəznə onlara "Facebook"dan söz göndərir: "Bilirsiniz niyə? Çünki deyəcək sözü yoxdur. Partiya sədri bir jurnalistin sualından çəkinib öz qərarhagına gəlmir. Onun statusunun altındakı şərhlərdə isə bizi linçlə hədələyirlər. Arif Hacılı isə bu şərhə münasibət bildirmir.

Arif Hacılı bilir ki, saxta mühacir əməliyyatının başlamasında Real Tv-nin rolu var. Məhz biz saxta arayışları, saxta möhürləri nümayiş etdirmişdik. Arif Hacılı, müsahibə verib-verməməyə gəlincə, mən jurnalistəm və kimdənsə müsahibəni ona lazım olan vaxtda yox, mənə lazım olan vaxtda alıram.

Biz gedirik. Qayıdın iş başına. Bir jurnalistin suallarından bu qədər qorxmağa dəyməz".

Qeyd edək ki, Azərbaycandan Almaniyaya qanunsuz yollarla mühacir aparan bir qrup Müsavatçı Almaniya polisi tərəfindən saxlanıldıqdan sonra Müsavat partiyası Azərbaycan ictimaiyyətinin ciddi qınağına tuş gəlib.

aia.az




5138 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

06-12-2019
05-12-2019
«    Декабрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031