Mobil versiya
Bakıda xəstə yaxınları həkimlərə hücum çəkdi, təhqir etdi
Tarix: 7-11-2019, 13:24 | Saat: 15:47:00
Bölmə:Karusel / Hadisə | çapa göndər

Bakıda xəstə yaxınları həkimlərə hücum çəkdi, təhqir etdi


Bakıdakı Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasının həkimləri ağır vəziyyətdə xəstəxanaya çatdırılan xəstənin yaxınları tərəfindən təhqir və şantaj ediliblər. Hadisə dünən gecə saat 23:30- da baş verib.

Bu barədə virtualaz.org-a xəstəxananın baş həkimi Bəyalı Məmmədov məlumat verib. Onun sözlərinə görə, 1998-ci il təvəllüdlü Esmira Asif qızı Yusifova təcili tibbi yardımla ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Xəstə anadangəlmə I tip şəkər xəstəsi olub. “Xəstə dərhal reanimasiya şöbəsinə yerləşdirilib, tibbi yardım göstərilib, şəkəri normal vəziyyətə salınıb. Mən və müavinlərim bir neçə dəfə xəstənin vəziyyətinə şəxsən nəzarət etmişik”,-B.Məmmədov deyib.

Baş həkim əlavə edib ki, gecə xəstənin anası və daha 4 kişi qohumu reanimasiya şöbəsinə keçməyə cəhd ediblər. Kişilər sərxoş vəziyyətdə olduğundan dava salıblar: “Reanimasiya şöbəsində bir neçə ağır xəstə var, bu şöbəyə giriş qadağandır. Həkimlər sakitləşdirməyə çalışarkən təhqir olunublar. Yalnız mühafizəçilərin müdaxiləsi ilə onları şöbədən çıxarmaq mümkün olub”.



Baş həkim onu da söyləyib ki, Yusifova hazırda həkim nəzarətindədir, müayinə və müalicəsi davam etdirilir.

Məlum olub ki, E.Yusifova bir neçə gün əvvəl yenə də ağır vəziyyətdə 5 saylı şəhər xəstəxanasına gətirilib. Xəstəxananın baş həkimi Fazil Alməmmədov virtualaz.org-a bildirib ki, xəstə ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib, amma şəkəri normal vəziyyətə düşən kimi müalicədən imtina edib: “Həkimlərin təkidinə baxmayaraq imtina ərizəsi yazaraq müalicə olunmaq istəmədiyini, özünü yaxşı hiss etdiyini deyib”.

Qeyd edək ki, bu gün bir neçə mətbu orqanda müxalifətçi fəalın qızına vaxtında tibbi yardım göstərilmədiyinə, qızın həyatının təhlükədə olduğuna dair iddialar yer alıb.



5108 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

22-11-2019
21-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930