Azər Qasımlı "Real" partiyasından istefa verdi
Tarix: 06-11-2019 | Saat: 12:36
Bölmə:Siyasət | çapa göndər
"Real" partiyası Məclisinin başqanı Azər Qasımlı partiyadan istefa verib.
Trend-in məlumatına görə, bu barədə A.Qasımlı bu gün keçirdiyi mətbuat konfransında deyib. Bildirib ki, o, partiyanın sədri İlqar Məmmədovun etdiyi yeni təkliflərə görə istefa verib:
"Belə bir vəziyyətdə mən bu partiyada qala bilmərəm. Mən özümü bu partiyada, strukturda görmürəm və getmək qərarına gəlmişəm. Siyasi mövqeyimi dəyişməmişəm və indiki mərhələdə partiya yaratmaq kimi bir fikrim yoxdur.
İlqar Məmmədovun təklif etdiyi layihə bizim qurduğumuz təşkilatı məhv edəcək, partiyanı Kommunist partiyasına çevirəcək. İdarə heyətini heç kim təftiş edə bilməyəcək. Məclisin olmaması isə o deməkdir ki, idarə heyətini məsuliyyətə cəlb edəcək, ondan hesabat tələb edəcək hansısa qurum olmayacaq. Siz təsəvvür edin ki, hazırda ölkəmizdə fəaliyyət göstərən, hətta 1990-cı illərdə yaradılan siyasi partiyaların strukturunda belə bu cür biabırçı vəziyyət yoxdur".
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər