“Bakı Qvardiolanın şəhəri olan Barselonanı xatırladır” - İspan futbolçu
Tarix: 31-10-2019 | Saat: 13:30
Bölmə:İdman | çapa göndər
"Qəbələ"nin ispaniyalı futbolçusu Fernan Ferreyra ölkəsinin “Lavozdegalicia.es” saytına müsahibə verib.
Qol.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçisi özünü Azərbaycanda daha çox dəyərli hiss etdiyini deyib: "Selta"dan ayrıldıqdan sonra diqqətimi çəkən əsas məqam mənə daha çox dəyər verməkləri oldu. "Seqoviana"da özümü önəmli futbolçu kimi hiss etməyə başlamışdım. "Barakaldo"da gözlədiyimdən az şans əldə etdim. Azərbaycana yollanıb, ispaniyalı futbolçunun nə qədər dəyərli olduğunu görmək istədim. Burda insanlar səni tanımadan, necə futbolçu olduğunuzu bilmədən sizə hörmət edirlər".
O, Bakıda insanlarla ünsiyyət qurmaq üçün rus dili kursuna başladığını bildirib:
"Burda daha çox ingilis dilində ünsiyyət qurmağa çalışırlar. Ancaq insanlar bu dildə yaxşı danışmır. Əsasən yerli insanlar öz dillərində və ya rus dilində danışırlar. Bura gəldiyim vaxtdan rus dili kursuna başlamışam".
Ferreyra Bakının Barselonanı xatırlatdığını deyib: "Qəbələ" məni ötən il də istəmişdi. Baxışa dəvət etdikləri üçen bununla razılaşmadım. Ancaq bu yay "Barakaldo"dan ayrıldıqdan bir həftə sonra rəsmi təklif göndərdilər . 8 saatlıq yoldan sonra 14 min əhalinin yaşadığı Qəbələ şəhərinə gəldim. İlk vaxtlar düşünürdüm ki, uyğunlaşmaq çətin olacaq. Ancaq Bakı yaşamaq üçün çox gözəl şəhərdir. Şanslı idim, çünki Azərbaycan çempionatında ispan oyunçular çoxdur və onlar mənə kömək etdilər. Bu, müsbət haldır. Azərbaycan Avropaya çox bənzəyən bir ölkədir və Bakı bir qədər Qvardiolanın şəhəri olan Barselonanı xatırladır. Yerli əhali də böyük liqaları maraqla izləyir.".
O, Premyer Liqanı tramplin olaraq gördüyünü söyləyib: "İspaniyada ikinci liqada ilişib qalmışdım. Azərbaycandan gələn təklifin yaxşı fürsət olduğunu düşündüm. Əvvəllər, eləcə də, hazırda bu ölkədə çıxış edən futbolçularla məsləhətləşdim. Azərbaycan çempionatı peşəkar liqadır. Böyük stadionlar mövcuddur. Yalnız bir süni örtüklü meydança var. Sequnda B-də isə kiçik, palçıqlı və ya süni örtüklü meydançalar idi. Düzdür, ilk vaxtlar bir qədər çətinlik çəkirdim. Ancaq indi özümü daha aparıcı rolda görürəm. Meydanda oyundan həzz almağı, əylənməyi xoşlayıram. Açıq və baxımlı futbol göstərməyə çalışırıq. Buranı tramplin hesab edirəm. Beynəlxalq səviyyədə getdikcə daha peşəkar liqalarda oynamaq və ya burda qalmaq istəyirəm. Burda daha çox komanda görürsən və imkanlar genişdir. İlk Avrokubok təcrübəsin yaşadım. Komanda bu mövsüm Avropa Liqasında çıxış etdi və bura yüksək səviyyədir. Çox gözəl idi. Gördüm ki, avrokubokda iştirak etməkdən çox da uzaq deyiləm".
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-11-2024
13:53 Türkiyədə zəlzələ oldu