Tovuz – meliorativ tədbirlər daha da gücləndirilib
Tarix: 31-10-2019 | Saat: 14:15
Bölmə:Manşet / Ölkə / Seçilənlər-1 | çapa göndər
Nəsrəddin Aslanovun rəhbərlik etdiyi Rayon Suvarma Sistemləri İdarəsinin kollektivi qarşıya qoyulmuş vəzifələrin icrasını yüksək peşəkarlıqla həyata keçirir
Məlumdur ki, kənd təsərrüfatının inkişafı baxımından meliorativ tədbirlərin vaxtında və effektiv şəkildə həyata keçirilməsi işi çox vacib məsələlərdəndir. Suvarma işlərinin düzgün aqrotexniki qaydada həyata keçirilməsi torpaqların məhsuldarlığını yüksəldir, onun münbitliyini artırır. Bu baxımdan rayon iqtisadiyyatının inkişafı üçün Nəsrəddin Aslanovun rəhbərlik etdiyi Rayon Suvarma Sistemləri İdarəsinin fəaliyyəti də xüsusi əhəmiyyət kəsb edir.
Su ehtiyatlarının idarə olunması strateji əhəmiyyətli məsələdir
Bu gün ölkəmizdə su ehtiyatlarının idarə olunması, istifadəsi və mühafizəsi digər aidiyyatı dövlət orqanları ilə qarşılıqlı şəkildə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilir. Qeyd edək ki, Azərbaycan Respublikası ərazisində kənd təsərrüfatında istifadəyə yararlı olan 4.5 mln. hektar torpaq sahəsindən 3.2 mln. hektarı əkinçilik üçün suvarma tələb edən sahələr olduğundan və ölkəmizdə kifayət qədər su ehtiyatı olmadığından xalqımızın gərgin əməyi nəticəsində respublikamızda böyük meliorasiya və su təsərrüfatı kompleksi yaradılmışdır. Ötən illər ərzində iri su anbarları, hidroqovşaqlar, suvarma və kollektor-drenaj sistemləri, nasos stansiyaları və digər obyektlər tikilib istifadəyə verilmiş, suvarılan torpaqların ümumi sahəsi 2.6 dəfədən çox artmışdır. Bu sahənin inkişafı və təkmilləşdirilməsinə uyğun olaraq idarəetmə formaları da ildən-ilə dəyişmişdir. “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri cənab Əhməd Əhmədzadənin rəhbərliyi altında qurumun son 14 ildə göstərdiyi fəaliyyəti həqiqətən də iri miqyasları ilə diqqəti cəlb edir. Bu illər ərzində Azərbaycanda 4 min kilometr uzunluğunda suvarma kanallarının, 2400 kilometr uzunluğunda kollektor-drenaj şəbəkələrinin tikintisi, yenidən qurulması və bərpası, 360 min hektar sahədə torpaqların su təminatının və 256 min hektarda meliorativ vəziyyətinin yaxşılaşdırılması işləri yerinə yetirilib, 127 min hektar yeni suvarılan torpaq sahələri əkin dövriyyəsinə daxil edilib, 2 minə yaxın subartezian quyusu qazılaraq istifadəyə verilib. Ümumi sututumu 456 milyon kubmetr olan 4 su anbarı (Taxtakörpü, Şəmkirçay, Tovuzçay, Göytəpə) tikilib istifadəyə verilib
Kənd təsərrüfatında yüksək göstəricilər təmin edilib
Statistik məlumatlara əsasən Tovuz rayonu üzrə ötən il 190 milyon 784 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur ki, bu da əvvəlki illə müqayisədə 10 min 773 ton çoxdur. 2018-ci ildə rayonda 341 min 968 ton kənd təsərrüfatı məhsulları, o cümlədən, 65 min 798 ton dənli bitkilər istehsal olunmuşdur. İqtisadi səmərəliliyi ilə yanaşı əmək tutumlu sahə kimi üzümçülüyün inkişafı xüsusi əhəmiyyət kəsb edir. Son illər fermerlərin də bu sahəyə marağı artmışdır. Hazırda üzüm bağlarının ümumi sahəsi 725 hektara çatdırılmışdır. Bu il rayonda 12 min 96 ton məhsul istehsal olunmuşdur. Ötən illə müqayisədə məhsuldarlıq 35 sentner artaraq 202 sentner olmuşdur.Sevindirici haldır ki, cari ilin birinci yarısı ərzində Tovuzda rayon iqtisadiyyatının əsas sahələrində istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi əvvəlki ilin müvafiq dövrünə nisbətən müqaiysəli qiymətlərlə 116,9 faiz təşkil etmiş və 167 milyon manatdan artıq olmuşdur. O cümlədən, kənd təsərrüfatında 58 milyon 689 min manatlıq məhsul istehsal edilmişdir. Aydındır ki, bu sahələrin hər birində yüksək nəticələrin əldə olunması, həm də aqrotexniki işlərin düzgün qurulmasından çox asılıdır. Qeyd edək ki, hazırda Tovuz rayonunda 24 min hektara yaxın suvarılan əkin sahəsi mövcuddur.Məhz elə bu baxımdan da Nəsrəddin Aslanovun rəhbərlik etdiyi Tovuz rayonu Suvarma Sistemləri İdarəsinin fəaliyyəti xüsusi əhəmiyyət kəsb etmiş olur.
Suvarma Sistemləri İdarəsinin fəaliyyəti günün tələblərinə uyğun qurulub
Redaksiyamıza təqdim olunan məlumatlara görə, Nəsrəddin Aslanovun rəhbərlik etdiyi Rayon Suvarma Sistemləri İdarəsi öz fəaliyyətini günün tələbləri səviyyəsində qurur, su təsərrüfatının səlis işləməsi üçün mövcud imkanlardan səmərəli istifadə edir. Məlumatlarda vurğulanır ki, İdarənin kollektivi üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlir. Suvarma kanallarının lildən təmizlənməsi, bəndlərin bərkidilməsi işləri vaxtında və keyfiyyətlə yerinə yetirilir. İdarə rayonda minlərlə hektarlıq ərazidə meliorasiya və su təsərrüfatı sahəsində dövlət xidmətlərini ən yüksək səviyyədə göstərir. Tovuz rayon Suvarma Sistemləri İdarəsi daşqın və sel sularına qarşı mübarizə tədbirlərini də uğurla həyata keçirir. Fermerlər, şəxsi təsərrüfat rəhbərləri, su istifadəçiləri idarənin göstərdiyi xidmətlərdən razıdırlar. İdarənin balansında olan texnika, avadanlıq və mexanizmlərin saz vəziyyətdə qalması daim diqqət mərkəzindədir. Torpaq sahələrinin meliorativ vəziyyətinin yaxşılaşdırılması məqsədilə kollektor dren şəbəkəsi mütəmadi olaraq təmizlənir, elektrik mühərriklərinin, nasos aqreqatlarının, hidrotexniki qurğuların, nasos stansiyalarının, hidropostların əsaslı və cari təmiri həyata keçirilir.
Rayon sakinlərinin, xüsusilə də əhalinin əkinçiliklə məşğul olan hissəsinin ümumi rəyinə görə Tovuz rayon Suvarma Sistemləri İdarəsinin kollektivi üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlir.
Təbii ki, bütün bu sadalananlar Nəsrəddin Aslanovun rəhbərlik etdiyi Rayon Suvarma Sistemləri İdarəsinin səmərəli fəaliyyətini səciyyələndirən işlərin yalnız az bir hissəsidir. Bununla belə əminliklə demək olar ki, idarənin kollektivi bundan sonra da doğma rayonlarının və ümumilikdə ölkəmizin daha da inkişafı naminə var qüvvələri ilə çalışmaqda davam edəcəklər.
aia.az
Ayxan Rüstəmov
Murad Həsənov
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər