Zaqatala – təhsildə yüksək nəticələr əldə edilir
Tarix: 31-10-2019 | Saat: 14:06
Bölmə:Manşet / Təhsil | çapa göndər
RTŞ-nin müdiri Habil Qurbanov: “Son illərdə təhsilin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində həyata keçirilən genişmiqyaslı dövlət tədbirləri təhsilin yenilənməsi, müasir təhsil mühitinin formalaşması üçün əlverişli şərait yaradıb”
Məlum olduğu kimi, bu gün ölkənin təhsil sisteminin inkişafı Azərbaycan dövlətinin prioritet olaraq müəyyənləşdirdiyi əsas istiqamətlərdən biridir. Ölkə iqtisadiyyatının dinamik inkişafı təhsil sisteminin də inkişaf etdirilərək ən yüksək dünya standartları səviyyəsinə çıxarılması üçün geniş imkanlar yaratmışdır. Qeyd olunmalıdır ki, ölkə təhsilinin ümumi inkişafını təmin etmək üçün bu sahədə müəyyən edilmiş dövlət strategiyası hazırda rayon və bölgələrimizdə də uğurla həyata keçirilməkdədir. Bu gün təhsil sahəsində kifayət qədər yüksək göstəricilərin əldə olunduğu, dinamik inkişafın müşahidə edildiyi bölgələrimizdən biri də Zaqatala rayonudur.
Məlumat üçün bildirək ki, Zaqatala Rayon Təhsil Şöbəsi1989-1993-cü illərdə Rayon Xalq Təhsil Şöbəsi kimi fəaliyyət göstərmişdir. 1993-cü il aprel ayının 1-dən Rayon Təhsil Şöbəsi kimi fəaliyyət göstərir. Hazırda şöbənin tabeliyində 66 ümumi təhsil müəssisəsi və 5 məktəbdənkənar müəssisə vardır.Şöbənin müdiri Habil Qurbanovdur.
Qısa arayış:
Habil Qurbanov 1970-ci ildə Zaqatala rayonunun Qımır kəndində anadan olmuşdur. 1987-ci ildə N.Tusi adına APİ-nun fizika fakultəsinə daxil olmuş, 1993-cü ildə institutu fizika müəllimi ixtisası üzrə bitirmişdir. 1993-cü ildə pedaqoji fəaliyyətinə Zaqatala rayonunun Zəyəm kənd əsas məktəbində fizika müəllimi kimi başlanmışdır. Həmin ildə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir. 1995-ci ildə Zaqatala rayonu Zəyəm kənd əsas məktəbinə direktor təyin edilmişdir. 1997-ci ildə zaqatala rayonu Zəyəm kənd tam orta məktəbinə direktor təyin edilmişdir. 2003-cü ildə Zaqatala Rayon İcra hakimiyyətinin İctimai təşkilatlar və siyası partiyalarla iş şöbəsinin müdiri, 2006-cı ildə isə Zaqatala Rayon İcra Hakimiyyəti başçısının Zaqatala şəhər İnzibati Ərazi nümayəndəsi vəzifəsinə təyin edilmişdir. 2010-cu ildən Zaqatala Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışır. 2007-ci ildən hal-hazıradək YAP-nın Zaqatala Rayon Təşkilatının sədridir.
Göründüyü kimi, Habil müəllimin indiyədək göstərdiyi əmək fəaliyyəti əsasən təhsil sahəsini əhatə edir. Eyni zamanda da bu fəaliyyət tamamən doğma Zaqatala rayonunun təhsil müəssisələrində həyata keçib. Bu isə o deməkdir ki, hazırda Zaqatala təhsilinə bu sahəni dərindən bilən və eyni zamanda da mövcud problem və potensiallara daxildən bələd olan bir peşəkar rəhbərlik edir. Yeri gəlmişkən, başa çatmış 2018-2019-cu tədris ilinin yüksək nəticələri də Zaqatalada təhsilin dinamik inkişafından xəbər verir.
Uğur və nailiyyətlərin təməlindədövlət qayğısı durur
İlk növbədə belə bir faktı qeyd etmək lazımdır ki, son illər ərzində Zaqatala rayonu ərazisində birbaşa dövlət başçısının göstərişi ilə çox sayda məktəblər tikilib, bir çoxları isə əsaslı təmir olunub və bütün lazımı avadanlıqlarla təhciz edilərək şagirdlərin istifadəsinə verilib.Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş təhsil islahatları və iqtisadi proqramların icrası digər bölgələrimiz kimi Zaqatalada da uğurla davam etdirilir. Təbii ki, dövlət tərəfindən göstərilən bu diqqət və qayğının müqabilində rayonun həm pedaqoji, həm də şagird kollektivləri öz növbələrində yüksək göstəricilərə nail olmaq üçün bütün potensiallarını səfərbər etmişlər. Bir tərəfdən reallaşdırılan dövlət proqramlarının uğurlu icrası, digər tərəfdən də yerli peşəkar pedaqoji kadrların ciddi səyləri nəticəsində ötən tədris ilində də rayonun təhsil sistemində dinamik inkişaf təmin edilmiş, yüksək nəticələrə imza atılmışdır. Öz çıxışlarının birində Zaqatala RTŞ-nin müdiri Habil Qurbanov da rayon təhsilində yüksək göstəriciləri məhz bu cür izah etmişdi: “Son illərdə təhsilin maddi-texniki bazasının gücləndirilməsi, yeni məktəblərin tikintisi, təmiri, informasiya texnologiyalarının tətbiqi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlər təhsilin yenilənməsinə, müasir təhsil mühitinin yaradılmasına əlverişli şərait yaradıb. Buna cavab olaraq, rayonun təhsil işçiləri də elmli, savadlı şagirdlərin yetişdirilməsinə çalışırlar. Bunun nəticəsidir ki, son illərdə ali məktəblərə qəbul imtahanlarında zaqatalalı məzunlar yüksək nəticələr əldə edirlər.”
Respublika ikincisi Zaqatalada
Ali məktəblərə builki qəbul imtahanlarının nəticələri Zaqatala rayonunun məzunları üçün çox uğurlu olub. Belə ki, ali məktəblərə daxil olmaq üçün sənəd vermiş 610 nəfər zaqatalalı məzundan 455-i tələbə adını qazanıb. İmtahanlarda iştirak edənlərin 71 faizi ali məktəblərə qəbul olunub. Eyni zamanda, əvvəlki illərin məzunlarından da 16 nəfər ali məktəblərə daxil olub. Qəbul imtahanlarında məzunlardan 50 nəfəri 500 baldan, 16 nəfər isə 600-dən çox bal toplayıb. Qeyd edək ki, bu barədə sentyabrın 9-da Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində ali məktəblərə qəbul imtahanlarında yüksək bilik nümayiş etdirərək tələbə adını qazanmış gənclərlə rayon ictimaiyyətinin görüşündə məlumat verilib. Bildirib ki, qəbul imtahanlarında Zaqatala şəhər 3 nömrəli tam orta məktəbin məzunu Fazil Səfərov 690 bal toplayaraq respublika ikincisi olub. O, Bakı Ali Neft Məktəbində təhsil alacaq. Ümumi təhsili qızıl medalla başa vuran Aşağı Tala kənd 1 nömrəli tam orta məktəbin məzunu Ramin Rəcəbli də 675 balla Bakı Ali Neft Məktəbinin tələbəsi adını qazanıb. Bunu da qeyd edək ki,
qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlar rayon rəhbərliyi tərəfindən mükafatlandırılıblar. Rayon üzrə ən yüksək nəticəyə nail olan tələbəyə isə kompüter dəsti hədiyyə edilib.
Bu gün Zaqatala təhsilində gedən prosesləri izləməklə belə qənaətə gəlmək olur ki, Habil Qurbanovun rəhbərliyi altında Rayon Təhsil Şöbəsinin fəaliyyəti 2019-2020-ci tədris ilində də dövlət tərəfindən qarşıya qoyulan vəzifələrin effektiv şəkildə icrasına və gələcəyin fəal qurucularının yetişdirilməsinə düzgün istiqamətlənmişdir.
aia.az
Abbas Abbasov
Elbrus Bağırov
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-11-2024