Xəstəxanaya öz ayağı ilə gəldi, əməliyyatdan sonra bir daha yeriyə bilmədi - HƏKİM SAVADSIZLIĞI
Tarix: 29-10-2019 | Saat: 15:21
Bölmə:Manşet / Qərbi Azərbaycan | çapa göndər
Prokurorluq həkimin əməlini araşdırmır; vətəndaşın şikayəti ötür-ötür oyununa salınıb
Bir müddət öncə Vəfa Ramiz qızı Qafarova Baş prokurora atası Ramiz Salman oğlu Süleymanovun həkim-neyrocərrah Əliosman Qədimbəyli tərəfindən heç bir zərurət olmadan və uğursuz əməliyyatı nəticəsində fəlc vəziyyətinə düşməsi ilə bağlı müraciət etmişdi. Həmin müraciətində V.Qafarova yazırdı ki, hal-hazırda "Medera Hospital” klinikasında işləyən (əvvəllər "Milana Hospital”da işləmiş) həkim-neyrocərrah Əliosman Qədimbəyli bir qrup həmkarlarından ibarət cinayətkar şəbəkə yaradaraq, dələduzluq və insanların sağlamlıqlarına ciddi ziyan vurmaq (zəruri olmayan, özünü doğrultmayan və düzgün aparılmayan cərrahi əməliyyatlar və digər müalicə prosedurları ) əməlləri ilə məşğuldur.
Bu ittihamını isə belə əsaslandırır ki, atası Süleymanov Ramiz Salman oğlu 2016-cı ildə ayaqda yanma, bel ağrısı, keyləşmə şikayəti ilə "Milana Hospital”da fəaliyyət göstərən həkim-neyrocərrah Əliosman Qədimbəyliyə muracət edib. Həkim Ə.Qədimbəyli isə vəziyyətin ciddi olduğunu, onurğa implantı əməliyyatı olmasının zəruriliyini, əks təqdirdə fəlc olacağını söyləyib.
Həkimin sözlərinə tam etibar edən Ramiz Süleymanov 26.09.2016-cı il tarixində baş tutan əməliyyat üçün 4000 (dörd min) manat, əlavə analiz və digər müayinələr üçün 1300 (min üç yüz) manat pul ödəyib. Əliosman Qədimbəylinin əməliyyatının tam təhlükəsizliyinə təminat verməsinə inanan Ramiz Süleymanov yeriyərək getdiyi xəstəxanadan yerimə qabiliyyətini tamamilə itirmiş şəkildə çıxıb.
Əməliyyatdan üç il keçməsinə baxmayaraq Ramiz Süleymanovun səhhətində müsbət irəliləyişlər olmayıb. Bu müddət ərzində R.Süleymanovu çoxsaylı lazımsız müayinə və müalicələrə göndərən Əliosman həkim heç bir irəliləyişin olmadığını görəndən sonra, mövqeyini dəyişərək keçmiş xəstəsinin yeriməyəcəyini bildirib. Bununla bağlı R.Süleymanovun qızı Vəfa Qafarovaya deyib ki, “Bu neyropatik ağrılardı. Siz hansı həkimə getsəniz də, harda əməliyyat elətdirsəniz də, Quran gətirin əl basım ki, atanız yeriməyəcək”.
Həkim məsuliyyətsizliyinin qurbanı olan R.Süleymanovun qızı V.Qafarova Baş prokuror Zakir Qaralova müraciətində daha sonra yazırdı ki, “Əliosman həkim bir dəfə söhbət əsnasında demişdi ki, atanızın uğursuz əməliyyatını Bəhmən adlı digər bir həkim həyata keçirib”.
V.Qafarova apardığı araşdırma nəticəsində müəyyən edib ki, əməliyyatı həqiqətən də Bəhmən Yadigarov həyata keçirib.
Şikayətçinin müracətindən məlum olur ki, Əliosman Qədimbəyli bir şəbəkə yaradaraq, yenə də xəstələrdən pul qoparmaqla məşğuldur. O cümlədən R.Süleymanovu da müxtəlif həkimlərə yönəldərək, sağlamlığını təhlükəyə atdığı vətəndaşa yenidən maddi və mənəvi ziyan vurub.
Belə ki, ilk öncə R.Süleymanovu “Medera Hospital”da çalışan Qəhrəman həkimə yönləndirib. Müəyyən miqdarda pul ödədikdən və heç bir nəticə əldə etmədikdən sonra, bu dəfə də xəstəni həmin klinikaya Türkiyədən gəlmiş neyrocərrah Kamran Ağayevin qəbuluna göndərib. Kamran Ağayev isə Əliosaman Qədimbəylinin etdiyi əməliyyatın uğurla keçməsini qeyd etməklə yanaşı, aşagıdakı fəqərənin əməliyyatının daha doğru olacağını bildirir. Bu əməliyyatı etmək üçün isə onları Türkiyəyə dəvət edib. Amma bu dəfə növbəti fəqərənin çıxarılmasından ehtiyat edən R.Süleymanovun ailəsi başqa həkimə müracət edir. Bu zaman isə məlum olur ki, R.Süleymanovun əməliyyatı səhv olub, üstəlik əməliyyat zamanı onurğaya bağlanan "şurup” əyri bərkidildiyindən, siniri zədələyib.
Ramiz Süleymanovun səhhətinin bərpası mümkün olmayan, zərərlər vurmuş Əliosman Qədimbəylinin əməlinə qiymət verilməsi üçün Vəfa Qafarovanın Baş prokuror Zakir Qaralova etdiyi müraciət qeyri-müəyyən səbəbdən Səhiyyə Nazirliyinə göndərilib. Bununla bağlı məlumat Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdir müavini N.Şərifovanın şikayətçiyə ünvanladığı 10.10.2019-cu il tarixli 2-59/Q-22138 saylı məktubunda öz əksini tapıb. Çox maraqlıdır ki, həmin məktub araşdırılmaq üçün “Medera Hospital” özəl tibb müəssisəsinin rəhbərliyinə göndərib.
Yeri gəlmişkən, onu da qeyd edək ki, Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdir müavini N.Şərifovanın şikayətçiyə ünvanladığı 10.10.2019-cu il tarixli məktubunda V.Qafarovanın soyadı Qəhrəmanova kimi göstərilib. Bu olay Səhiyyə Nazirliyinin araşdırmasının hansı səviyyədə olduğundan xəbər verir.
Ünvanına kəskin ittihamlar səslənən həkimlər, xüsusilə də həkim Əliosman Qədimbəyli isə susmağa üstünlük verir. Görünür, deməyə sözləri yoxdur. Şikayətçi Vəfa Qafarova isə ədalət bərqərar olana kimi mübarizəsini davam etdirəcəyini bildirir.
Arzuman LOĞMANOĞLU
m.hurriyyet.org
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-11-2024