Mobil versiya
Bağdadi özünü və 3 uşağını partladaraq öldürüb - Təfərrüat
Tarix: 28-10-2019 | Saat: 10:24
Bölmə:Karusel / Dünya | çapa göndər

Bağdadi özünü və 3 uşağını partladaraq öldürüb -


“Bağdadi öldü. Bir qorxaq kimi, qaçaraq və ağlayaraq...”

ABŞ Prezidenti Donald Tramp İŞİD terror təşkilatının lideri Əbubəkir Əl-Bağdadinin ölümü ilə bağlı təfərrüatları açıqlayıb.
Azvision.az“Anadolu” agentliyinə istinadən xəbər verir ki, Tramp bu gün Ağ evdə keçirdiyi mətbuat konfransında İŞİD liderinin dünən gecə saatlarındaSuriyanın İdlib vilayətində xüsusi əməliyyat nəticəsində məhv edildiyini təsdiqləyib.

Trampın sözlərinə görə, Bağdadi bir həftə boyunda izlənilib və onun yeri müəyyən edilib.ABŞprezidenti bildirib ki, dünən baş tutan əməliyat zamanı Türkiyə, Rusiya,Suriyavəİraqla məlumat mübadiləsi aparılıb.

Əməliyyatın detallarına gəlincə, Tramp qeyd edib: “Bağdadi qaçaraq tunelə girib. O, yol boyu ağlayırdı. Təqib olduğunu görən Bağdadi üzərindəki partlayıcı quruğunu işə salaraq özünü partladıb. DNK nəticələri ölən şəxsin Bağdadi olduğunu təsdiqləyir”.

Trampın dediyinə görə, İŞİD rəhbəri tunelə qaçarkən 3 azyaşlı uşağını da özü ilə aparıb. Nəticədə onlar da ölüblər.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024