Mobil versiya
Əli Əsədovla Medvedevin görüşü: “Rusiyanın dəstəyinə arxalana bilərsiniz”
Tarix: 25-10-2019 | Saat: 17:29
Bölmə:Manşet / Siyasət | çapa göndər

Əli Əsədovla Medvedevin görüşü:

Rusiyanın Baş naziri Dmitri Medvedev MDB Hökumət Başçıları Şurasının iclası çərçivəsində azərbaycanlı həmkarı Əli Əsədovla görüşüb.

Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Medvedev Ə.Əsədovu Baş Nazir təyin olunması münasibətilə təbrik edib və ona işində uğurlar arzulayıb.
"Siz təcrübəli insansınız, yeni vəzifədə uğurlar arzu edirəm. Rusiya tərəfinin köməyinə və dəstəyinə arxalana bilərsiniz. Bizim inkişaf etmiş münasibətlərimiz var, onu demək kifayətdir ki, 8 ay ərzində ölkələrimiz arasındakı ticarət artımı demək olar ki, 25% təşkil edib. Əla nəticədir”, - Medvedev deyib.

Onun sözlərinə görə, bu, Rusiya ilə digər MDB ölkələri arasında qarşılıqlı ticarətin həcmini müqayisə edərkən ən yaxşı göstəricidir.

"Başqa bir məsələ bazanın vacibliyidir. İqtisadçı olaraq bunu çox yaxşı başa düşürsünüz. Ancaq həmkarlarımız məni əmin etdilər ki, bazamız artıq kifayət qədər yaxşıdır" - deyən Rusiyanın Baş naziri ikitərəfli gündəmdəki bütün məsələlərin müzakirəsinə hazır olduğunu bildirib.

Öz növbəsində, Əli Əsədov təbrikə görə həmkarına təşəkkür edib: "Dediyiniz xoş sözlərə görə təşəkkür edirəm. Ümid edirəm ki, bu, bizim iqtisadi, mədəni və digər bütün sahələrdə ikitərəfli əməkdaşlığımıza töhfə verəcəkdir".

Azərbaycanın Baş naziri görüşün keçirildiyi “Skolkovo” haqqında da danışıb. Onun sözlərinə görə, Rusiya innovasiya mərkəzinin miqyası və tutumu ilə təəccübləndirir: "Düşünürəm ki, ikitərəfli və çoxtərəfli əsasda burada yaradılan yenilikçi və digər imkanlardan istifadə ilə bağlı təkliflərdən gələcəkdə istifadə edəcəyik".


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-11-2024