Mobil versiya
Deputat: Son struktur və kadr dəyişiklikləri iqtisadiyyatımızın güclənməsinə səbəb olacaq
Tarix: 24-10-2019 | Saat: 15:30
Bölmə:Siyasət | çapa göndər

Deputat:


Prezident İlham Əliyev tərəfindən son dövrlərdə aparılan struktur və kadr dəyişiklikləri günün tələbi idi və bu yeniliklər iqtisadiyyatımızın güclənməsinə, regionların sosial-iqtisadi inkişafının daha da sürətlənməsinə səbəb olacaq.

Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin son günlər apardığı dəyişikliklərin əsas məqsədləri iqtisadiyyatın tələblərə uyğun şəkildə gücləndirilməsi, iqtisadi fəallığın artırılması, qeyri-neft sektorunun inkişafına diqqətin artırılmasıdır:

“Prezident həm Baş Nazirin müavini təyin edilmiş Şahin Mustafayevi, həm də İstisadiyyat naziri təyin edilmiş Mikayıl Cabbarovu qəbul edərkən bu məsələlərə çox ciddi şəkildə toxundu. Bu, onu göstərir ki, Prezident iqtisadiyyatımızda olan problemlərlə, həlli gözlənilən məsələlərlə bağlı yaxşı məlumatlıdır və həmin məsələlərin həllini bu gün yeni təyin edilmiş hökumət üzvləri qarşısında çox ciddi şəkildə qoyur. Bunlardan biri də kölgə iqtisadiyyatı ilə mübarizədir”.

Deputat əlavə edib ki, dünyanın bütün ölkələrində kölgə iqtisadiyyatı var, amma bu informasiya bizi sakitləşdirməməlidir. Kölgə iqtisadiyyatına qarşı çox ciddi mübarizə aparılmalıdır.

A.Mirzəzadənin fikrincə, bu gün bu məsələ hökumət qarşısında bir nömrəli məsələ kimi qoyulub:

“Kölgə iqtisadiyyatının leqallaşdırılması və onun qanun çərçivəsində fəaliyyət göstərməsi, büdcəyə daxilolmaların artırılması, paket üsulu ilə əməkhaqqı alan insanların vergiyə və sosial müdafiəyə cəlb edilməsi, onların gələcəkdə yaxşı pensiya alması bu günün əsas məsələlərindəndir. Hesab edirəm ki, yeni təyin olunan şəxslər iqtisadiyyat sahəsinin təcrübəli insanları kimi bu məsələləri həll etmək gücündədirlər.

Prezidentin tövsiyələri nəzərə alınmaqla, bu istiqamətdə görülən işlər gücləndirilməli, yeni üsullar tapılmalı, kölgə iqtisadiyyatının ləğvinin bütün cəmiyyət üçün faydalı olması bir daha nəzərə çatdırılmalıdır. Bu istiqamətdə işlərin güclənəcəyinə hər birimiz inanırıq. Bunun edilməsi büdcənin böyüməsinə, əməkhaqları və pensiyaların artmasına, sosial proqramların həyata keçirilməsi üçün işlərin sürətlənməsinə səbəb olacaq”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-11-2024