XİN rəhbərlərinin Bakı görüşü: Sədrlik Azərbaycana keçdi - Yenilənib
Tarix: 23-10-2019 | Saat: 11:04
Bölmə:Manşet / Siyasət | çapa göndər
Bakıda Qoşulmama Hərəkatı (NAM) Xarici İşlər Nazirlərinin rəsmi görüşü başlayıb.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “Twitter” səhifəsində məlumat verilib.
Görüşdə təşkilata sədrlik Venesuelanın Xarici İşlər naziri Jorge Arreaza tərəfindən Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarova təqdim edilib.
Sədrliyin Azərbaycana təqdim edilməsinə görə təşəkkürünü bildirən E.Məmmədyarov qeyd edib ki, ölkəmiz təşkilata sədrliyi dövründə təşkilatın inkişaf etdirilməsi, üzv ölkələr arasında əlaqələrin gücləndirilməsi istiqamətində lazımi fəaliyyət həyata keçirəcək.
Bundan əlavə, XİN rəhbəri Qoşulmama Hərəkatının beynəlxalq sülhə verdiyi mühüm töhfələrdən danışıb. Bildirib ki, Azərbaycan 2011-ci ildən Qoşulmama Hərəkatının üzvüdür.
Nazir vurğulayıb ki, Azərbaycan ilk dəfə olaraq Qoşulmama Hərəkatının Gənclər Forumunun keçirilməsi təklifini irəli sürüb.
"Enerji təhlükəsizliyi, ətraf mühit və digər sahələrdə əməkdaşlıq gücləndirilməlidir. Azərbaycan beynəlxalq mədəniyyətlərarası dialoqun mərkəzi olmaqda davam edir".
Qarabağ probleminə toxunan E.Məmmədyarov vurğulayıb ki, münaqişə regional sülhə böyük təhlükə yaradır.
Hazırda XİN rəhbərlərinin görüşü çıxışlarla davam edir.
Qeyd edək ki, XİN rəhbərlərinin görüşündən sonra oktyabrın 25-26-da dövlət və hökumət başçılarının sammiti keçiriləcək. Azərbaycan 2019-2022-ci illərdə NAM-a sədrlik edəcək.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər