Mobil versiya
Əsəd üzə çıxdı və Türkiyəni ittiham etdi
Tarix: 22-10-2019, 14:44 | Saat: 15:47:00
Bölmə:Manşet / Dünya | çapa göndər

Əsəd üzə çıxdı və Türkiyəni ittiham etdi


Suriya Prezidenti Bəşər Əsəd İdlibdə hərbçilərlə görüşüb və ilk dəfə olaraq kürdlərlə razılaşma çərçivəsində Türkiyə ilə sərhədə qoşunların yerləşdirilməsini şərh edib.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Əsəd hakimiyyətin Türkiyənin Suriyanın şimalında hərbi əməliyyatlara başlamasından dərhal sonra bölgənin müxtəlif siyasi və hərbi qüvvələri ilə əlaqə qurduğunu deyib.

Onun sözlərinə görə, Suriya hakimiyyəti Türkiyəyə qarşı hər hansı bir qrupu dəstəkləməyə hazırdır.

"Bu, siyasi bir qərar deyil, konstitusiyadan və vətənpərvərlikdən irəli gələn vəzifədir. Əgər bunu etməsəydik, bu torpağa layiq olmazdıq", - deyən Əsəd əlavə edib ki, kürdlər Suriyanın şimalını müdafiə etməyə hazır olduqlarına Dəməşqi çoxdan əmin ediblər, lakin Türkiyə bir neçə şəhəri “ələ keçirib”.

Əsəd Türkiyə rəhbərliyini Suriya ərazilərini və sərvətlərini talan etməkdə günahlandırıb.

Onun sözlərinə görə, İdlib uğrunda döyüş ölkədəki xaos və terrorun məhv edilməsinin açarıdır. Bəşər Əsəd Suriyanın bütün bölgələrinin eyni dərəcədə əhəmiyyətli olduğunu, lakin hərbi vəziyyətdən asılı olaraq müəyyən ərazilərə üstünlük verildiyini vurğulayıb.



566 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

19-11-2019
18-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930