Mobil versiya
Biləsuvar - suvarma işləri vaxtında və yüksək səmərəliliklə həyata keçirilir
Tarix: 22-10-2019 | Saat: 10:34
Bölmə:Manşet / Ölkə | çapa göndər

Biləsuvar - suvarma işləri vaxtında və yüksək səmərəliliklə həyata keçirilir



Ədalət Babayevin rəhbərlik etdiyi Rayon Suvarma Sistemləri İdarəsinin kollektivi qarşıya qoyulmuş vəzifələrin icrasında peşəkarlıq və əzmkarlıq nümayiş etdirir

Məlumdur ki, aqrar sahədə uğur qazanmaq üçün torpaqların suvarma işlərinin vaxtında və yüksək keyfiyyətlə həyata keçirilməsi, meliorativ vəziyyətin yaxşılaşdırılması vacib şərtlərdəndir. Xüsusilə Muğan zonasında əkinçiliyin inkişafı su-meliorasiya tədbirlərinin səmərəli təşkilini tələb edir. Əldə etdiyimiz məlumatlara görə, əsasən pambıqçılıq rayonu kimi tanınan Biləsuvarda 50 min hektar əkin sahəsinin suvarılmasını həyata keçirən rayon suvarma sistemləri idarəsi bu işlərin öhdəsindən gəlməkdə çətinlik çəkmir.

“Meliorasiya və Su Təsərrüfatı” ASC ərzaq təhlükəsizliyinin əsas təminatçılarından biridir




Meliorasiya və su təsərrüfatının daha da təkmilləşməsi ərzaq təhlükəsizliyinin təmin olunmasında da həlledici rol oynayır. Mürəkkəb iqlim və ağır torpaq şəraitinə malik respublikamızda kənd təsərrüfatı məhsullarının istehsalı əsasən suvarılan torpaqlarda olduğundan bu torpaqların daimi mühəndisi suvarma və kollektor-drenaj şəbəkələri ilə təchiz edilməsi tələb olunur. Bu baxımdan “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin rəhbərliyi altında ASC tərəfindən həyata keçirilən iri miqyaslı işlər xüsusi önəm daşıyır. Son 14 ildə ASC-nin göstərdiyi əhatəli və səmərəli fəaliyyəti ölkənin kənd təsərrüfatının inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Bu illər ərzində Azərbaycanda 4 min kilometr uzunluğunda suvarma kanallarının, 2400 kilometr uzunluğunda kollektor-drenaj şəbəkələrinin tikintisi, yenidən qurulması və bərpası, 360 min hektar sahədə torpaqların su təminatının və 256 min hektarda meliorativ vəziyyətinin yaxşılaşdırılması işləri yerinə yetirilib, 127 min hektar yeni suvarılan torpaq sahələri əkin dövriyyəsinə daxil edilib, 2 minə yaxın subartezian quyusu qazılaraq istifadəyə verilib. Təbii ki, üzərinə düşən vəzifələri səmərəli şəkildə həyata keçirə bilmək üçün ASC-nin tərkibində bir çox tabe qurumlar, struktur bölmələri və digər təsisatlar yaradılmışdır. “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin tərkibində effektiv fəaliyyətilə seçilən qurumlardan biri də Ədalət Babayevin rəhbərlik etdiyi Biləsuvar rayon Suvarma Sistemləri İdarəsidır.

Suvarma Sistemləri İdarəsinin fəaliyyəti günün tələblərinə uyğundur




Redaksiyamıza təqdim olunan məlumatlara görə, Ədalət Babayevin rəhbərlik etdiyi Biləsuvar rayon Suvarma Sistemləri İdarəsi öz fəaliyyətini günün tələbləri səviyyəsində qura bilib. Belə ki, qurumun kollektivi su təsərrüfatının səlis işləməsi üçün mövcud imkanlardan səmərəli istifadə edir. Suvarma suyunu Araz çayından götürən Biləsuvar Suvarma Sistemləri İdarəsi 50 min hektar əkin sahəsinin suvarılmasını həyata keçirir. Su hər biri 62 km uzunluğu olan kanallar vasitəsi ilə rayon ərazisinə gətirilir. İdarə hər il mövsümün əvvəlində torpaq mülkiyyətçilərini vaxtında və keyfiyyətli suvarma suyu ilə təmin etmək məqsədi ilə təsərrüfatdaxili və təsərrüfatarası kanalların təmizlənməsi tədbirlərini vaxtında həyata keçirir. Rayonda əkinə yararlı torpaqların əsasını pambıq sahələri təşkil edir. İdarə artıq sentyabr ayının ortalarında suvarma mövsümünü uğurla başa çatdırıb. Həmin dövrə qədər idarə həmçinin günəbaxan, qarğıdalı, şəkər çuğunduru, bostan bitkiləri və digər sahələrin suvarılmasını da həyata keçirib.

Suvarma idarəsinin fəaliyyəti yüksək qiymətləndirilir





Həmçinin aldığımız məlumatlarda vurğulanır ki, Biləsuvar rayon Suvarma Sistemləri İdarəsi tərəfindən suvarma kanallarının lildən təmizlənməsi, bəndlərin bərkidilməsi işləri vaxtında və keyfiyyətlə yerinə yetirilir. İdarə rayonda minlərlə hektarlıq ərazidə meliorasiya və su təsərrüfatı sahəsində dövlət xidmətlərini ən yüksək səviyyədə göstərir, daşqın və sel sularına qarşı mübarizə tədbirlərini uğurla həyata keçirir. Fermerlər, şəxsi təsərrüfat rəhbərləri, su istifadəçiləri qurumun göstərdiyi xidmətlərdən razıdırlar. İdarənin balansında olan texnika, avadanlıq və mexanizmlərin saz vəziyyətdə qalması daim diqqət mərkəzindədir. Torpaq sahələrinin meliorativ vəziyyətinin yaxşılaşdırılması məqsədilə kollektor dren şəbəkəsi mütəmadi olaraq təmizlənir, elektrik mühərriklərinin, nasos aqreqatlarının, hidrotexniki qurğuların, nasos stansiyalarının, hidropostların əsaslı və cari təmiri həyata keçirilir.

Təbii ki, bütün bunlar Ədalət Babayevin rəhbərlik etdiyi Biləsuvar rayon Suvarma Sistemləri İdarəsinin səmərəli fəaliyyətini səciyyələndirən işlərin yalnız az bir hissəsidir. Bununla belə əminliklə demək olar ki, İdarənin kollektivi bundan sonra da doğma rayonlarının və ümumilikdə ölkəmizin daha da inkişafı naminə var qüvvələri ilə çalışmaqda davam edəcəklər.

aia.az
Abbas Abbasov
Elbrus Bağırov




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-11-2024