Mobil versiya
Əli Əhmədov: Qanunsuz aksiyanı təşkil edənlər kimlərsə tərəfindən idarə olunur
Tarix: 21-10-2019 | Saat: 13:07
Bölmə:Manşet / Siyasət | çapa göndər

Əli Əhmədov:


Yeni Azərbaycan Partiyasının (YAP) inzibati binasında Milli Şuranın oktyabrın 19-da icazəsiz keçirdiyi aksiya ilə bağlı tədbir keçirilir.

Trend-in məlumatına görə, tədbirdə Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov, icra katibinin müavinləri Siyavuş Novruzov, Mübariz Qurbanlı deputatlar və YAP-ın üzvləri iştirak edirlər.

Tədbirdə çıxış edən Ə.Əhmədov bildirib ki, radikal müxalifətin oktyabrın 19-da Bakının mərkəzində qanunsuz aksiya keçirməyə cəhd etməsi onların xarici dairələr tərəfindən idarə olunduğunu bir daha ortaya qoydu.

İcra katibi qeyd edib ki, Azərbaycan vətəndaşlarının əksəriyyəti kimi hakim partiya da ölkədə sabitliyin və əmin-amanlığın pozulmasına yönəldilən qanunsuz aksiyaların keçirilməsinə sərt münasibətini bildirməlidir.

Ə.Əhmədovun sözlərinə görə, Azərbaycanda hər hansı müxalifət partiyaları tərəfindən aksiyaların keçirilməsi nə YAP, nə də ölkə iqtidarı üçün narahatlıq və nigaranlıq mənbəyi deyil və ola bilməz:

“Amma narahatlıq yaradan bəzi məqamlar var ki, cəmiyyətə bu barədə fikirlərini çatdırılmasına ehtiyac var. Qanunsuz aksiyanın ölkə başçısının oktyabr ayının əvvəlində bir neçə səfərlərində və 9 aylıq iqtisadi inkişafla bağlı keçirilən müşavirədə səsləndirdiyi fikirlərdən bir neçə gün sonra təşkil edilməsi heç də təsadüfi deyil. Görünür ki, Azərbaycana xaricdən müxtəlif üsullarla təsir göstərmək istəyən maraqlı dairələr çirkin niyyətlərini həyata keçirmək üçün bu işə əl atıblar. Ölkədə bütün azadlıqların təmin olunduğu kimi kütləvi aksiyaların keçirilməsi üçün yerlərin ayrılmasına baxmayaraq müxalifət partiyaları mitinqləri icazəsiz şəkildə, razılıq verilməyən yerdə keçirmək niyyətinə düşüb və buna cəhd ediblər. Onlara verilən tapşırığa uyğun olaraq qarşıdurma yaratmaqla ölkədəki sabitliyi pozmağa cəhdlər göstərirlər.

Aydın şəkildə hiss olunur ki, qanunsuz aksiyanı təşkil edənlər kimlərsə tərəfindən idarə olunur. Onlardan bu işi tələb edənlər hesabat da alırlar. Mətbuatda da bu barədə məlumat yayılıb. Məqsədli şəkildə onların tapşırıqlarını yerinə yetirənlər bu işə əl atırlar. Dünyanın hər yerində mitinqin keçirilməsi üçün ayrıca yerlər ayrılır. Bu da ictimai təhlükəsizliyinin təmin edilməsi üçün əsasdır.

Bizi narahat edən onların siyasi etikası deyil, belə yeri seçməklə çirkin niyyətlərini həyata keçirmək üçün münbit yer seçməyə çalışmalarıdır. Çünki əhalinin gur olduğu yerdə asayişin pozulması ehtimalı yüksəkdir".

YAP Sədrinin müavini vurğulayıb ki, mitinqin keçirilməsi cəhdi bir daha onu göstərir ki, ölkədə daxili sabitliyi pozmağa yönəlik müxalif partiyalar mövcuddur: "Bu, AXCP və Milli Şura deyilən, amalı olmayan təşkilatdır.
Hakim partiya olaraq hər hansı partiyanın hakimiyyətə gəlmək iddiasına qarşı deyilik. Amma nəyin bahasına olursa-olsun, hakimiyyətə gəlmək ölkəni xaos və anarxiyaya sürükləyir. Bu dünyanın heç yerində məqbul sayılmır. Bunun nəticəsi də ürəkaçan olmaz".


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-11-2024