Mobil versiya
FETÖ-nun həbs etdiyi general: Suriyaya ilk o girdi
Tarix: 16-10-2019 | Saat: 10:48
Bölmə:Dünya | çapa göndər

FETÖ-nun həbs etdiyi general:


2012-ci ildə FETÖ-nun qurduğu tələyə düşərək 20 ay həbsdə saxlanılan general İdris Acartürk “Sülh çeşməsi” əməliyyatı ilə Türkiyə-Suriya sərhədini keçən ilk komandir olub.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.

Məlumata görə, tezliklə ölkənin ən parlaq generallarından biri olacağı düşünülsə də, 2012-ci ildə Acartürkə qarşı FETÖ-nun əli ilə hazırlanan tələ buna mane olub. FETÖ üzvü polis, prokuror və hakimlər tərəfindən aparılan iş çərçivəsində Acartürk də daxil olmaqla, 49 hərbçi, ümumilikdə 357 nəfər mühakimə edilib. Acartürk “Pandora” adlı məlumat bazasındakı informasiyalara əsasən terror qruplaşmasına “Atmaca” və “Fırtına” adlı sənədləri ötürməkdə ittiham olunub. O, 2012-ci ilin 7 iyulunda “gizli sənədləri ələ keçirmək”, “hərbi casusluq” kimi ittihamlarla həbs edilib.

Məsələnin üstü açıldıqdan sonra 357 nəfərlə birlikdə azadlığa çıxan Acartürk 2016-cı ildə general rütbəsi alıb.

2017-ci ildə Sakaryada yerləşən 7-ci komandos briqadasına komandir təyin olunub. Sözügedən briqada 3 ay əvvəl Şanlıurfaya – sərhəd bölgəsinə göndərilib.

“Sülh çeşməsi” əməliyyatının başlanmasından sonra Acartürk komandos briqadası ilə birlikdə sərhədi keçən ilk komandir kimi yadda qalıb.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024