Mobil versiya
“Qarabağ probleminin həlli üçün əlimizdən gələni edəcəyik” - Ərdoğan
Tarix: 15-10-2019 | Saat: 14:47
Bölmə:Karusel / Siyasət | çapa göndər

“Qarabağ probleminin həlli üçün əlimizdən gələni edəcəyik”



“Bir-birimizin yanında olmaq qardaşlığımızın tələbidir”.

Azvision.az xəbər verir ki, bunu Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Azərbaycanın öz torpağı Dağlıq Qarabağ və ətrafının Ermənistanın işğalı altında olması 1 milyon qardaşımızı evlərindən, yurdlarından uzaqda qaçqın olaraq yaşamaq məcburiyyətində qoyub. BMT Baş Assambleyasındakı çıxışımda da vurğuladığım kimi bu, qəbuledilməzdir. Dağlıq Qarabağ probleminin ən qısa zamanda sülh yolu və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli üçün əlimizdən gələni etməyə davam edəcəyik”, - deyə Ərdoğan vurğulayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-11-2024