Mobil versiya
“Nazarbayevin Türk dünyasında böyük xidmətləri var” - Prezident (VİDEO)
Tarix: 15-10-2019 | Saat: 14:43
Bölmə:Manşet / Siyasət | çapa göndər

“Nazarbayevin Türk dünyasında böyük xidmətləri var” -


Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə Görüşünü açaraq dövlət və hökumət başçılarını salamlayıb.

Azvision.az xəbər verir ki, ölkə başçısı çıxışında deyib:

"Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekova ötən dövr ərzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına uğurlu sədrliyinə görə minnətdarlığımı bildirirəm. Qazaxıstanın birinci prezidenti, bizim ağsaqqalımız Nursultan Nazarbayev Türk Şurasının Fəxri Sədri statusunda Türkdili Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə iştirak edir. Əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü və Türk Şurasının üzv ölkələrinin prezidentlərinin birgə qərarı ilə hörmətli Nursultan Abişoviçə Türk Şurasının Fəxri Sədri adı verilmişdir. Nursultan Nazarbayevin Türk dünyasında əlaqələrin inkişafı, Türkdili Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılmasında böyük xidmətləri vardır.

Özbəkistan Respublikasını Türk Şurasına üzv olması münasibətilə səmimi qəlbdən təbrik edirəm. Hörmətli Şavkat Mirziyoyevə bu müdrik qərarına görə təşəkkür edirəm. Özbəkistanın bu qərarı Türk Dünyasında birlik və həmrəyliyin daha da güclənməsinə, əməkdaşlığımızın daha dərinləşməsinə xidmət edəcəkdir.

Macarıstanın Türk Şurası ilə əməkdaşlığının genişlənməsi məmnunluq doğurur. Burada Macarıstanın baş naziri cənab Viktor Orbanın şəxsən rolunu xüsusi qeyd etmək istərdim. Ötən ay Budapeştdə Türk Şurasının nümayəndəlik ofisi fəaliyyətə başlayıb. Ümidvaram ki, bu ofis Şuranın Avropa ölkələri və regional təşkilatlarla əlaqələrinin inkişafına təkan verəcəkdir".

[media=https://www.youtube.com/watch?v=IQivjhjGDTI]



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-11-2024