Mobil versiya
Səməd Seyidov: Azərbaycanın milli maraqlarının qorunması istiqamətində ən güclü silahlarımızdan biri Prezidentin şəxsi keyfiyyətləridir
Tarix: 14-10-2019, 16:50 | Saat: 15:47:00
Bölmə:Siyasət | çapa göndər

Səməd Seyidov:


Prezident İlham Əliyevin "Valday" Beynəlxalq Diskussiya Klubunun forumu və Aşqabadda zirvə toplantısında etdiyi çıxışlar beynəlxalq münasibətlər tarixində milli maraqları qorumaq mövqeyi baxımından qızıl hərflərlə yazılacaq bir çıxışdır.

Trend-in məlumatıma görə, bunu "Qarabağ Azərbaycandır!" mövzusunda konfransda çıxışında Milli Məclisin komitə sədri Səməd Seyidov deyib.

S.Seyidov vurğulayıb ki, bu gün dünyada çox çətin, mürəkkəb, ədalətsiz beynəlxalq mühit mövcuddur: “Xalqları xaosa sürükləmək niyyətində olan qüvvələr çox güclüdür. Heç də hər bir xalq bu qüvvələrə qarşı mübariz olub, sinə gərmək iqtidarında olmur. Biz də bu mübarizənin içindəyik. Böhtan, yalan, torpaqlarımızın işğal edən işğalçı qüvvələrə qarşı mübarizədəyik. Bu mübarizəni dövlət başçısı hər iki toplantıda həm bizə, həm dünyaya, həm də ermənilərə göstərdi. Prezidentin şəxsi keyfiyyətidir. Hesab edirəm ki, Azərbaycanın milli maraqlarının qorunması istiqamətində ən güclü silahlarımızdan biri Prezidentin şəxsi keyfiyyətləridir. Digər məsələ isə Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair erməni təbliğatını ifşa etmək və onu darmadağın etməkdir. Dövlət başçısı çıxışında qeyd edir ki, Azərbaycanda olan humanitar məsələlər, insansevərlik dünyada gedən proseslərə uyğundursa, deməli Dağlıq Qarabağ siyasətimiz də düzdür, deməli Paşinyanın nöqtə qoymaq istədiyi əslində ləkədir və bu ləkə də Qarabağdan silinməlidir!"


aia.az



577 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

20-11-2019
19-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930