NİYƏ YAŞLI MÜƏLLİMLƏR, CAVAN MÜƏLLİMLƏRDƏN DAHA ZƏİFDİRLƏR?
Tarix: 09-10-2019 | Saat: 17:16
Bölmə:Təhsil | çapa göndər
“Təhsil Araşdırmalar Mərkəzi”nin araşdırmasını təqdim edirik
Qeyd etməliyik ki, “Təhsil Araşdırmaları Mərkəzi”nin məktəblərdə monitorinq və araşdırmaları çərçivəsində bir sıra nəticələr əldə etmişik. Nəticələr, əslində, olduqca ciddi və kritik faktları ortaya çıxarıbdır! Yaxın zamanda, xüsusi hesabat formasında və mətbuat üçün hissələr halında açıqlayacağımızı bildirmək istərdik.
Bu araşdırmada isə ümumən təhsilimizdəki problematik məsələlərdən biri üzərində dayanacağıq: Niyə əksər yaşlı müəllimlər, zəif və ya yetərsiz olduqları halda, özlərini “ən güclü” və “üstün” müəllim hesab edirlər?
Biz, məktəblərdə monitorinq və araşdımalar zamanı, konkret faktlarla gördük və aşkar etdik ki, əksər yaşlı müəllimlərin ya ümumiyyətlə savadları aşağıdır, ya da dərs keçməyə, öz işini görməyə həvəsli deyillər. Bax, bu hal, nə qədər çox olsa da, bir o qədər də anormal və problemli bir məsələdir.
Bəs səbəb nədir?
Bu məsələni, “Təhsil Araşdırmalar Mərkəzi”nin əməkdaşları olaraq, müxtəlif sahənin mütəxəssisləri, alimləri ilə müzakirə etdik. Daha dəqiq və elmi bir nəticəyə gəlmək üçün sualımızı, insan və cəmiyyət elmləri ekspertlərinə, yəni psixoloq və sosioloqlara da verdik. Və ümumi qənaətimizi, məqalə formasında hazırladıq.
Beləliklə, sual budur: NİYƏ YAŞLI MÜƏLLİMLƏR, CAVAN MÜƏLLİMLƏRDƏN ÜMUMƏN DAHA ZƏİF VƏ DAHA MƏSULİYYƏTSİZDİRLƏR? VƏ BELƏ OLDUĞU HALDA, ONLAR NİYƏ DAHA İDDİALI VƏ DAHA TƏKƏBBÜRLÜDÜRLƏR?
Qeyd edək ki, fərqli fikir və düşüncələrə hər zamana açıq olduğumuz üçün yaşlı nəslin ekspertlərinə də yer verdik.
Beləliklə, sualımıza ilk cavab, məhz yaşlı nəslin təmsilçisi, tanınmış sosioloq, universitet müəllimi Əhməd Qəşəmoğlundan gəldi:
“Bəli, bir çox yaşlı müəllimlər zəif tədris edir. Amma, gənc nəsil, onlardan da zəif tədris edir. Yaşlı nəsil arasında, zəif tədris edənlər, məhz dünyagörüşləri məhdud olan insanlardır. Müasir dərsliklərlə tanışlıqları yoxdur, çağdaş təhsil sistemi barədə təsəvvürləri azdır və 30 il əvvəlki tərzdə dərs deməklərini davam etdirirlər. Lakin, onlardan daha çox gənc, rüşvətlə universitetlərə girən, diplom əvəzinə, təhsil müəssisəsinə pul ödənişi qəbzi alıb, bunu diplom hesab edən gənclərdir. Ona görə də, fikriniz, ümumən doğru deyil. Xeyli yaşlı müəllim tanıyıram ki, gənclərin onlar kimi dərs deməsinə illər lazımdır.
Ümumilikdə, müəllimlərimiz çox zəifdir. Bu gün tələbələrimiz, dərsə biganədirsə, onun 50%- dən çox günahı, müəllimlərin zəifliyindədir. Müəllimlərin zəifliyinin səbəbini bu amillərdə görürəm: etinasızlıq, ruh düşkünlüyü, tənbəllik, hazırlaşmağa vaxtın olmaması, internetdən istifadə edə bilməmək və xarici dilləri bilməmək. Bu əlamətlər, yaşlı müəllimlərdə daha çox olduğundan, onlar, belə zəif haldadırlar.”
Yaxşı, bəs, digər ekspertlər, məsələ ilə bağlı nə düşünür?
Sosioloq, istedadlı gənc Sahib Altay isə fərqli düşünür:
“Niyə yaşlı müəllimlər, gənc müəllimlərdən daha zəif tədris keyfiyyəti göstərirlər? Azərbaycanda, indiki yaşlı və ortayaşlı nəsil, keçmiş sovet təhsil sistemindən tərbiyə və təhsil almış insanlardır. O dövrdə təhsil alan müəllimlər də fərqli sistemdə təhsil almışdılar. Bundan əlavə XX əsrin müxtəlif dövrlərində doğulmuş Azərbaycan insanının, dövrə münasibəti fərqlidir.
Müharibədən sonrakı dövrdə, 50-60-cı illərdə Azərbaycanda xeyli müəllim, alim, ziyalı yetişdi. Ancaq bir məsələ var. Sosializm, iki cəmiyyət prinsipindən birincisini - "Qapalı cəmiyyət prinsipi"ni ehtiva edirdi. Bu prinsipə görə, toplumlara ərzaq da, informasiya da, təhsil də yarımçıq verilir, sosial münasibətlərin möhkəmlənməsi üçün insanlar arasında bir-birindən sosial asılılıq yaradılır. Əlbəttə, həmin təhsil sisteminin yaxşı tərəfləri də mövcud idi. Müstəqillik dövründən sonra Azərbaycana test üsulunun gətirilməsi isə vəziyyəti xeyli dəyişdi. Texniki, humanitar təhsil anlayışı meydana gəldi. Bu sistemin əvvəlki sistemdən üstünlüyü ondadır ki, bu sistemdə oxuyan tələbə, özünə lazım olmayan informasiyaları əzbərləmək məcburiyyətində qalmır, yalnız bir sahəni mənimsəyir və lazımsız informasiyanı qəbul etmək əvəzinə, özünü daha da təkmilləşdirir. Bir də, bu sistemdəki qəbul üsulu, əvvəlki sistemdən daha şəffafdır. Testdən sonra "Boloniya" sisteminin Azərbaycana gəlməsi, təkcə universitetlərdə deyil, həm də orta məktəblərdə vəziyyəti dəyişdi. Kurikulum tədris üsulu, yaşlı müəllimlərin işini xeyli qəlizləşdirdi. Təbii ki, test üsuluyla qəbul olub, təhsil almış müəllimlərlə, keçmiş qapalı təhsil sistemində təhsil almış müəllimlər fərqlənməlidir. Ancaq, burada, təhsil sistemindən kənar bir səbəb də var. Bu da, müəllimliklə yox, birbaşa yaş nəsli ilə bağlıdır. Azərbaycanda, hal-hazırkı gənclik, yeni təhsil sistemində təhsil alır. Sosial şəbəkələr, müxtəlif təhsil proqramları vasitəsilə dünyaya açıla bilir. Təhsildən əlavə, şəxsi həyatda da müasir düşüncə tərzinə əsasən yaşamağa can atır. Ortayaşlı və yaşlı nəsil isə mühafizəkardır. Onlar üçün dünya, hələ də Sovetlər Birliyindən ibarətdir. Onlar, nə öz dövrlərinin və təhsillərinin mənfilərini heç vaxt görmək istəmirlər. Dövr və mühit önəmlidir. Hər doğulan uşaq, öz dövrünə uyğun doğulur. Nəinki öncəki nəsillərdən, hətta öz valideynlərindən belə genis potensiala sahib olur. 30-40 il öncənin uşaqlarını nağıllarla yatırmaq mümkün idi. İndinin uşaqları nağıllara gülürlər.
Sonda demək istədiyim bir məqam var. Müəllim, öz dövrünün də, sonrakı dövrün də əksər insanından fərqli olmalı olan insandır. Müəllim, öz dövrünün digər insanları kimi ən adi ənənələrin mühafizəkarına çevrilməməlidir. Çünki, müəllimin missiyası öyrətməkdir. Hansı dövrdə yaşamasından asılı olmayaraq, dövrün təhsil sistemi və imkanları çərçivəsində, bəzən də o çərçivədən kənara çıxıb, daha üstün çalarlarla tədris etməyi bacarmalıdır…”
Sosioloqlarla yanaşı psixoloqa da müriacət etdik.
Özünəxas metod və yanaşmaları ilə fərqlənən psixoloq-alim Yunis Dürüstün düşüncələri, sosioloqun fikirləri ilə üst-üstə düşdü.
Yunis bəy bunları dedi:
“Yaşlı müəllimlərin, ümumilikdə cavan müəllimlərdən daha yetərsiz olmasının əsas səbəbləri, fikrimcə, aşağıdakılardır:
1)Sovet təhsili, müasir Azərbaycan təhsilindən bir çox meyarlarına görə üstün olsa da, hər şey elə bundan ibarət deyil! Elm, sösüz ki, həyatın özü kimi, daim dəyişir və yenilənir, irəli gedir. Tutalım, 60-cı, ya da 70-ci illərin illərin dərs vəsaitləri, təbii ki, o zamanki elmi səviyyədən daha yüksək ola bilməzdi. Lakin indisə, ümumi elmi səviyyə artıbdır və elmi bilgilər, sərhədləri aşaraq dünyanın hər yerinə asanlıqla yayılır. Nəticədə də əlbəttə ki, indiki cavanların əllərində, daha böyük imkanlar və elmi şərait vardır. İndinin əlaçı tələbəsinin bildiyi ilə, o zamanın əlaçı tələbəsinin bildiyi şeylər, eyni deyil. İndikilər, necə deyərlər, daha “çoxbilmiş”dirlər. Biz, bu reallığın təsirini, hətta azyaşlı uşaqların timsalında da görə bilərik.
2)Elmlərlə bərabər, təbii ki, texniki imkanlar da genişlənibdir. Və indi, hətta yolda, marşrutda gedərkən belə, müvafiq cihazlar vasitəsilə istədiyin
bilgiləri əldə etmək mümkündür. Yəni, 70-ci illərdə, hətta 90-cı illərdə hansısa məlumatı əldə etmək üçün ya gərək kitabxanaya getməliydin, ya da o bilgidən məhrum qalmalı idin. İndisə kitabxana, özü sənin “ayağına gəlibdir”.
3)Digər mühüm amil də budur: ümumiyyətlə, insanlarda fitri olaraq bir çox yanlışlıqlar və boşluqlar mövcuddur və əksər insanlar, bu boşluqları düzəltməyi düşünmürlər. Məsələn, hər kəsin düşdüyü səhvlərdən biri budur: “kimin yaşı çoxdursa, daha ağıllıdır”. Halbuki ağıllı atalarımızın da dediyi kimi, ağıl, yaşda deyil, başdadır. Lakin, ağıllı olmayan atalarımız isə nədənsə bunun əksini deyirlər və müdrikliyin meyarını, yaşda görürlər. Bəs, niyə ağıllı olmayan atalarımız, yaşı, belə vacib amil kimi təqdim etməyə çalışırlar? Açıqlaması fikrimizcə budur: elmi və fəlsəfi yanaşmaya görə, insan, hansısa səhvə yol verəndə, hansısa problemlə qarşılaşdıqda 2 seçimdən birini edir. Ya səhvi düzəldir və səhv etdiyini etiraf edir. Ya da səhvi etiraf etmək ona ağır gəldiyi üçün təkəbbürlü, loğva davranır. Və əksər hallarda da insanlar üçün səhvi etiraf etmək, ağır bir şey olur, odur ki onlar, digər və daha asan zənn etdikləri yolu seçirlər: səhvi davam etdirməyi.
Bu dilemma, bu seçim, əslində hər an, hər məqamda insanın qarşısına çıxır. Bəzi insanlar, eyni seçimi, hər zaman təkrar etməyə meyilli olurlar və nəticədə, bu, onların xarakterinə, şəxsiyyət xüsusiyyətinə çevrilir. Yəni, əvvəl psixoloji fakt olan bir şey, tez-tez edildikdə, psixoloji bir prosesə və sonra da psixoloji xüsusiyyətə çevrilir! Nəticədə nə baş verir: təkəbbürlü, səhvdən dönməz, özünü hamıdan ağıllı bilən, cavanlara həqarətlə baxan bir tip formalaşır.
4)Digər önəmli amil də elə bayaqkı tendensiya ilə bağlıdır; yaşlı müəllimlərimiz, özlərini avtomatik üstün və ağıllı bildikləri üçün nəticə etibarilə, inkişaf etməyə, çalışmağa, oxumağa çox da ehtiyac duymurlar deyə, bu da onların, müasir yeniliklərlə ayaqlaşa bilmələrində, əlavə çətinliklərə səbəb olur.
Sonda, “Təhsil Araşdırmalar Mərkəzi”nin mütəxəssisi, təhsil eksperti Emin Aydın Mirzəli, araşdırmamız və ekspert rəyləri ilə bağlı bunları dedi:
“Əlbəttə, bizim mərkəzin, obyektivlik və peşəkarlıqla etdiyi araşdırmaların nəticəsi olaraq gəldiyi qənaətin doğruluğunu ekspertlər də təsdiq edir. Düzdür, yaşlı nəslin nümayəndəsi olan hörmətli Əhməd Qəşəmoğlunun əks fikirlərinə toxunmaq istəmirəm, lakin sosioloq Sahib Altay və psixoloq Yunis Dürüst düşünürəm ki, yetərli və dolğun izah verdilər. Əlavə edəcəyim bir şey yoxdur. Həmçinin, qeyd edim ki, Sahib bəyin mövzu ilə bağlı, xüsusi bir yazısı da olacaqdır, dəyərli olduğu üçün mətbuata təqdim edəcəyik.
Beləliklə, başda qoyduğumuz sualın cavabı hazırdır: “Niyə yaşlı müəllimlər, cavanlardan ümumən daha zəif olduqları halda, özlərini onlardan üstün sayır, hətta onlara təhqiramiz yanaşır?”-sualının əsas cavabı budur; çünki onlar “təcrübəli”dir, lakin SƏHVDƏN DÖNMƏMƏK ÜZRƏ! Səhvdən dönməyi tərgiddikləri üçün artıq, təkəbbürlü, loğva bir xarakter formalaşıbdır. Təkəbbürlü bir insan da, inkişaf etməyə ehtiyac duymayan, bilmədiyi halda bildiyini zənn edən bir xarakterdir.
Qeyd: Sözsüz ki, söhbət, bütün yaşlı müəllimlərdən getmir, əksəriyyətdən gedir.
Qeyd 2: Söhbət, əslində, cəmiyyətimizdəki bütün yaşlı insanlar üçün xarakterik olan psixo-sosial bir xüsusiyyətdən gedir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-11-2024
13-11-2024