Mobil versiya
Vahid Əhmədovdan yeni Baş nazir olacaq Əli Əsədova - TƏKLİFLƏR
Tarix: 8-10-2019, 12:35 | Saat: 15:47:00
Bölmə:Siyasət | çapa göndər

Vahid Əhmədovdan yeni Baş nazir olacaq Əli Əsədova -


Əli Əsədovu biz uzun müddətdir ki, tanıyırıq. O, 20 ildən artıqdır ki, Prezident Administrasiyasında çalışır. Onun Azərbaycanda aparılan iqtisadi islahatlara verdiyi töhfə böyükdür.

Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Vahid Əhmədov deyib.

O, Ə.Əsədova bəzi təkliflər də verib.

“Xahiş edirəm ki, deputatların verdiyi təkliflərə, qaldırdığı məsələlərə diqqətlə baxasınız, müvafiq tapşırıqlar verəsiniz. Deputatların telefon zənglərinə vaxtında cavab verilməsi məsələsinə də baxmağınızı xahiş edirəm”, - deyə V.Əhmədov bildirib.

Deputat Ə.Əsədova təklif edib ki, Baş nazir olandan sonra qeyri-neft sektorunun inkişafına daha çox diqqət ayrılsın.

V.Əhmədov onu da əlavə edib ki, Hesablama Palatasının rəylərinə də diqqətlə baxılması vacibdir.

aia.az



5103 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

18-10-2019
17-10-2019
«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031