Azərbaycanda nar istehsalı və ixracı artırılacaq
Tarix: 12-04-2019 | Saat: 09:40
Bölmə:İqtisadiyyat | çapa göndər
2019-cu ildə Azərbaycanda nar istehsalı 7-10 faiz artacaq.
aia.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Fərhad Qaraşov deyib.
F.Qaraşovun sözlərinə görə, ölkədə nar məhsullarının istehsalı ilə məşğul olan 15 müəssisə 2018-ci ildə 60-70 min ton nar emal edib.
İxrac barədə danışan assosiasiya rəhbəri bildirib ki, bu il xarici bazarlara çıxacaq məhsulun 12-15 min tonadək artacağı gözlənilir.
Gələcək planlar barədə danışan F.Qaraşov bildirib ki, Prezident İlham Əliyevin fərmanına əsasən Kənd Təsərrüfatı Nazirliyində kənd təsərrüfatı infrastrukturu və sosial sektorun inkişafı sahəsində bir sıra dövlət proqramları hazırlanıb. O ümidvar olduğunu bildirib ki, bununla bağlı dövlət subsidiyaları artacaq. F.Qaraşov nar bağlarının ümumi sahəsinin 28 min hektaradək genişlənəcəyinin gözlənildiyini deyib.
Assosiasiya rəhbəri Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) yerli nar məhsullarının "Made in Azerbaijan” brendi altında bütün dünyada təşviqində dəstəyini vurğulayıb. Assosiasiya müntəzəm olaraq Azərbaycan narını yerli və xarici bazarlarda nümayiş etdirir.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
15-11-2024