Mobil versiya
Tramp: “Nə qədər ki, Kim raket sınağı keçirmir...”
Tarix: 25-02-2019 | Saat: 13:39
Bölmə:Dünya | çapa göndər

Tramp: “Nə qədər ki, Kim raket sınağı keçirmir...”

8 aydan sonra yenidən Şimali Koreya lideri Kim Çen Inla görüşəcək ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Pxenyanla tələsik nüvə sazişi imzalamaq niyyəti yoxdur.
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Tramp 27-28 fevralda Hanoyda keçiriləcək II ABŞ-Şimali Koreya sammitində iştirak üçün Vyetnama yola düşərkən jurnalistlərə açıqlamasında deyib. Bildirib ki, onun başlıca istəyi Pxenyanın bir daha nüvə, yaxud raket sınağı keçirməməsidir.

“İnanıram ki, Kimlə eyni fikri bölüşürük və aramızdakı münasibət yaxşı, çox yaxşı inkişaf edir. Mən (saziş imzalamağa) tələsmirəm. Və heç kimi də tələsdirmək istəmirəm. Mən sadəcə onların raket sınaqları keçirməsini istəmirəm. Nə qədər ki, sınaq yoxdur, biz də xoşbətik”, – deyə Tramp vurğulayıb.

Qeyd edək ki, Şimali Koreya son nüvə və qitələrarası ballistik raket sınağını 2017-ci ilin payızında həyata keçirib.

Vyetnamdakı Tramp-Kim Çen In sammitində Koreya yarımadasının tam nüvəsizləşdirilməsi ilə bağlı atılacaq növbəti addımlar və qarşılıqlı şəkildə veriləcək zəmanətlər müzakirə olunacaq. Cənubi Koreya prezidentinin sözçüsü bəyan edib ki, sammitdə 1950-1953-cü illərin Koreya müharibəsinin başa çatmasına dair formal bəyanat da səsləndirilə bilər.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024