Mobil versiya
"Kənara çəkilsəm də, unudulmuram"
Tarix: 26-12-2015 | Saat: 15:53
Bölmə:Dünya / Aia TV / Karusel | çapa göndər

"Kənara çəkilsəm də, unudulmuram"
Müğənni Xumar Qədimova “Star life” verilişinə açıqlamalar verib.

Aia.az-ın məlumatına görə, ifaçı efirə gec-gec çıxmasının səbəbini açıqlayıb:

“Bütün gün bir yerdə olanda, görünəndə adam adiləşir. Mən də bunu istəmirəm. Allahın qəzəbinə tuş gəlməyim, amma kənara çəkilsəm də, unudulmuram. Özümə çox da güvənməyim, bir də gördün unuduldum. İnsandır da, bir də gördünüz unutdular.

Nə qədər ki, içdən olan birşeylər ortaya qoya bilirəmsə, sənət, xarizma varsa, unudulmaq olmayacaq. Arada kənara çəkilib meydanı müşahidə etmək yaxşıdır. "Meydanı boş buraxmaq" ifadəsi özü olmayanlara aiddir. Ortalıqda olanlar kənara çəkildi və ya ortada oldu, fərq etmir. Mən belə fikirləşirəm ki, onlar var və ya yox, fərqi yoxdur".

X.Qədimova heç bir sosial şəbəkədə olmadığını da bildirib:

“Hardasa görüşəndə biri yaxınlaşır mənə ki, “O gün İnstaqramda yazışdıq, sənə öpüş göndərdim". Heç nə demirəm, pərt etmək istəmirəm. Ayrılandan sonra deyirəm, "bu nədi"? Mən İnstaqramda, "Facebook"da yoxam. Qəribə hərəkətlər edir, şəkillər paylaşırlar, yazıqdırlar. Sən gözəlsənsə, belə hərəkətlər lazım deyil. Bir də görürsən efirə çıxıb, “Mən belə, mən elə” deyir. Hiss olunur ki, bu adam bütöv, xoşbəxt deyil. Xoşbəxt adam belə şeylər etmir. Niyə kimsə mütləq səni xoşbəxt, bəxtəvər görsün. İnsan hər halda ola bilər.

Hərdən evdə oturanda keçirəm röyalın arxasına, nələr edir, oxuyuram. Bu anda Matan (bacısı – red.) videoya çəkir, sonra mənə qulaq asdırır. Onları istəyərəm, İnstaqrama yerləşdirim, hamı görsün”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə