Mobil versiya
Saakaşvili Tbilisidəki etirazçıları təslim olmamağa çağırıb
Tarix: 03-12-2018 | Saat: 10:14
Bölmə:Manşet / Dünya | çapa göndər

Saakaşvili Tbilisidəki etirazçıları təslim olmamağa çağırıb



Gürcüstanın müxalif"Güc birlikdədir”koalisiyası prezident seçkilərinin nəticələrinin ləğv olunması ilə bağlı məhkəməyə müraciət edəcək.

aia.az "Report”a istinadən xəbər verir ki, bunuTbilisidəkütləvi aksiyada çıxış edən prezidentliyə sabiq namizədQriqol Vaşadzedeyib.

O, bildirib ki, qanun çərçivəsində kriminal hökumətə son qoyulacaq. "Noyabrın 28-də keçirilmiş seçki seçki olmadı. Bu, Gürcüstan xalqına qarşı kriminal əməliyyat oldu”.

Q.Vaşadze bildirib ki, müxalifət ölkədə siyasi böhranın aradan qaldırılması üçün hökumətə 16 dekabradək vaxt verib:

"Biz növbədənkənar parlament seçkiləri və seçki qanunvericiliyinə əsaslı dəyişikliklərin edilməsini tələb edirik. Buna görə hökuməti işçi qrup yaratmağa çağırırıq. Gələcək planlarımız hökumətin addımlarından asılı olacaq”.

Askiya iştirakçılarına Gürcüstanın sabiq prezidenti, Vahid Milli Hərəkat Partiyasının lideriMixeil Saakaşvilicanlı video bağlantı ilə müraciət edib. O,etirazçılarıtəslim olmamağa və səslərini qorumağa çağırıb:

"Bizim mübarizəmiz qələbə ilə başa çatacaq. Məni çağıran kimi, mən fiziki olaraq yanınza gələcəyəm. Biz dayanmayacağıq və mübarizəmizi davam etdirəcəyik”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024